AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN AĞCABƏDİ RAYONUNA SƏFƏRİ
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 17-də Ağdam rayonundan Ağcabədi rayonuna gəlmişdir.
Rayon mərkəzində sakinlər dövlətimizin başçısını böyük hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.