AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN AĞDAM RAYONUNA SƏFƏRİ
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Ağdam rayonunda olmuşdur.
Dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə Ağdam rayonunun Quzanlı qəsəbəsində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoydular.
Sonra Heydər Əliyev Muzeyinin açılışı oldu. Muzeydə ulu öndərin büstü qoyulmuş, həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, sənədlər və onun haqqında yazılmış kitablar toplanmışdır. Muzeydə Heydər Əliyevin 1970-1980-ci, 1990-cı və 2001-ci illərdə Ağdam rayonuna səfərlərini, sakinlərlə görüşlərini əks etdirən fotoşəkillər, eksponatlar xüsusi yer tutur. Muzeyin ikinci mərtəbəsində “Heydər Əliyev ürəklərdə əbədi yaşayacaq”, “Heydər Əliyev Azərbaycan Respublikasının memarıdır” guşələri ulu öndərin şərəfli ömür yolunu, eləcə də ikinci dəfə ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycanın müstəqilliyinin əbədiliyi, beynəlxalq nüfuzunun və iqtisadi qüdrətinin möhkəmləndirilməsi üçün həyata keçirdiyi məqsədyönlü və kompleks siyasəti dolğun ehtiva edir.
Prezident İlham Əliyev muzeylə tanışlıqdan sonra fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.





