Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

-Sağ olun, Dmitri Anatolyeviç! Əvvələn, məni Moskvaya səfərə dəvət etdiyinizə görə, Sizinlə ünsiyyətdə olmaq və həm ikitərəfli münasibətlərə, həm də regional problemlərə aid mühüm məsələləri müzakirə etmək imkanına görə Sizə bir daha təşəkkür etmək istərdim. Siz artıq qeyd etdiniz ki, biz qarşılıqlı maraq doğuran məsələlər barədə çox səmimi, açıq fikir mübadiləsi apardıq.

Rəhbərlər arasında münasibətlər xeyli dərəcədə ölkələr arasında münasibətləri də müəyyən edir. Çox fərəhli haldır ki, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri prezidentlər arasındakı münasibətlərdə də müşahidə olunur. Biz hər bir görüşdən maksimum səmərəli istifadə edirik, müzakirəsi tələb olunan bütün məsələləri çox səmimi şəraitdə müzakirə edirik. Hər dəfə də əmin oluruq ki, hansısa şəkildə operativ müdaxilə tələb edə biləcək məsələlərin sayı getdikcə azalır. Bizim ölkələr arasında heç bir problem yoxdur, müzakirəsi və həlli tələb olunan məsələlər isə operativ şəkildə həll edilir.

Dmitri Anatolyeviç bizim bu gün müzakirələrimizin gündəliyində duran məsələləri qeyd etdi, gündəliyimiz isə kifayət qədər geniş idi. Həm ikitərəfli əməkdaşlıqda, həm də regional məsələlərdə Rusiyanın və Azərbaycanın baxışları bir çox cəhətdən üst-üstə düşür.

Ölkələrimiz arasında münasibətlərin necə inkişaf etməsi bizi çox sevindirir. Çox möhkəm siyasi və müqavilə-hüquqi baza mövcuddur və keçən ilin yayında Bakıda imzalanmış Dostluq və strateji tərəfdaşlıq haqqında müqavilə fəaliyyətin və əməkdaşlığın bütün sahələrini əhatə edir.

Bizim münasibətlərimizi məhz strateji tərəfdaşlıq termini ilə ifadə etmək olar. Biz iqtisadiyyatda da yaxşı nəticələr olduğunu görürük. Böhrana baxmayaraq, ölkələrimiz arasında əmtəə dövriyyəsi çox cüzi həcmdə azalmışdır. Ümid edirəm ki, gələcəkdə, böhran aradan qaldırılandan sonra iqtisadi münasibətlərimizin uğurlu inkişafı davam edəcəkdir.

Biz energetika sahəsində qarşılıqlı əlaqələrə dair məsələləri çox ətraflı müzakirə etdik. Əlbəttə, neft və qaz hasilatçısı və ixracçısı kimi həm Rusiya, həm də Azərbaycan öz enerji təhlükəsizliyini və enerji maraqlarını maksimum dərəcədə təmin etməyə çalışır. Təbii ki, hasilatçılar kimi, bu istiqamətdə bizim məqsədlərimiz ümumidir.

Biz Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini ətraflı müzakirə etdik və ümid edirik ki, Ermənistanla Azərbaycan arasında danışıqların davam etdirilməsi regionumuzda sülhün bərqərar olmasına gətirib çıxaracaq, bu münaqişə ATƏT-in qərarlarına və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq, beynəlxalq hüququn prinsipləri və normaları əsasında həll ediləcəkdir.

Humanitar əməkdaşlıq münasibətlərimizin çox mühüm sahəsidir və biz bu sahədəki mövcud dinamikanı böyük razılıq hissi ilə qeyd edirik, ən başlıcası isə odur ki, qəbul olunan bütün qərarlar yerinə yetirilir. Dmitri Anatolyeviç qeyd etdi ki, Bakıda MDU-nun filialının, Rusiya Mədəniyyəti Mərkəzinin açılması həm bizim ölkə üçün və əminəm, həm də Rusiya üçün və ümumiyyətlə xalqlarımız arasında daha artıq qarşılıqlı anlaşma üçün mühüm hadisələrdir.

Onu da deməliyəm ki, bir qədər əvvəl Bakıdakı Rus Dram Teatrı, demək olar, təzədən tikilmişdir. Bu teatrın çox böyük ənənələri və ölkəmizdə çox sadiq pərəstişkarları var. Ümumiyyətlə, tədrisin rus dilində olduğu məktəblərin sayı humanitar sahədə münasibətləri yəqin ki, hər şeydən yaxşı səciyyələndirə bilər. Azərbaycanda yüzlərlə belə məktəb var. Azərbaycanda rus dilinə və rus mədəniyyətinə münasibət həmişə çox xeyirxah, çox səmimi olmuşdur və biz şadıq ki, bu, indi də davam edir. Xalqlarımız arasında münasibətlər ölkələrimiz arasında münasibətlərin ayrılmaz tərkib hissəsidir.

Ümumən, sözümü yekunlaşdıraraq, bugünkü fikir mübadiləsindən çox məmnun qaldığımı bildirmək istərdim. Əminəm ki, bu görüş münasibətlərimizin daha da inkişafına, yaxınlaşmasına kömək edəcəkdir. Rusiya və Azərbaycan prezidentləri arasında görüşlər müntəzəm xarakter daşıyır və bu, bizim münasibətlərimizin inkişafında dinamikanın saxlanmasına daim imkan yaradır.

Dmitri Anatolyeviç, qonaqpərvərliyə görə, səmimi qəbula görə, dəvətə görə Sizə bir daha çox minnətdaram. Ümid edirəm ki, yenidən həm Azərbaycanda, həm də Rusiyada görüşəcəyik.

X X X

Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab vermişlər.

- AZƏRTAC-ın müxbiri: Rusiya danışıqlar prosesinin fəal iştirakçısıdır. Sizin təşəbbüsünüzlə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilmiş, Moskva Bəyannaməsi imzalanmışdır. Rusiya gələcəkdə hansı addımları atmağı planlaşdırır? Rusiya tərəfindən hansısa yeni təşəbbüslər gözləmək olarmı?

DMİTRİ MEDVEDEV: Bəli, biz həqiqətən çox istərdik ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda maksimum irəliləyiş olsun. Noyabr ayında məhz burada, bu binada görüş keçirilməsi, Moskva Bəyannaməsinin imzalanması ən azı onu göstərir ki, biz irəliləyə bilərik, tərəflər bir-birinin dəlillərini eşidir və perspektivlər var. Azərbaycan Prezidentinin indicə dediyi kimi, ilk növbədə, beynəlxalq hüquq normalarına, Birləşmiş Millətlər Təşkilatı tərəfindən, ATƏT çərçivəsində qəbul edilmiş qətnamələrə istinad etmək lazımdır. Mənim fikrimcə, hər halda, prinsipcə irəliləyiş var və ən başlıcası odur ki, bu proseslərə hansısa üçüncü dərəcəli, lakin bəzən çox-çox mürəkkəb olan amillər təsir göstərməsin. Tərəflər hökmən təmkinlilik nümayiş etdirsin və perspektivləri görsünlər. Mənim fikrimcə, daha bir çox mühüm məqam Azərbaycan və Ermənistan prezidentləri arasında görüşlərin müntəzəm xarakter daşımasıdır. Rusiya bu məsələdə öz mandatını yerinə yetirməyə hazırdır. Biz həmişə bu proseslərə kömək etməyə çalışmışıq və əgər bu cür təmaslar davam edərsə, - bunun isə heç bir alternativi yoxdur, - əminəm ki, bu problemi məhz hər iki xalqın maraqlarını əsas tutmaqla, əvvəllər hazırlanmış təklifləri nəzərə almaqla həll etmək olar. Ola bilsin ki, mən müəyyən yeni ideyaları da nəzərdə tuturam.

Əlbəttə, bu hüquqi müstəvidə dayanmaq, müəyyən vəziyyətdə yenilik gətirə biləcək, bu yeniliyin ətrafında mövqelərin uyğunlaşdırılması mümkün olan yeni yanaşmalardan təcrid olunmamaq lazımdır. Mənə elə gəlir ki, bu, mümkündür. Hər halda, biz çox ağır, lakin eyni zamanda, həlli mümkün olan bu problemin tənzimlənməsinə nail olmaq üçün bizdən, Rusiya Federasiyasından asılı olan hər şeyi edəcəyik.

İLHAM ƏLİYEV: Mən demək istərdim ki, bu münaqişənin həlli məsələləri ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiya çox müsbət rol oynayır və biz tərəflərin mövqelərini yaxınlaşdırmaq cəhdlərinə görə ona təşəkkür edirik. ATƏT-in Minsk qrupu uzun illərdir ki, mövcuddur. Son vaxtlar həmsədrlərin fəaliyyəti daha aktiv xarakter daşıyır.

Əlbəttə, nəticənin olmaması bizi sevindirə bilməz, lakin bununla belə, biz ona da göz yuma bilmərik ki, danışıqlar prosesində müəyyən irəliləyiş vardır. Məhz bu irəliləyiş bizə ümid verir ki, münaqişə kifayət qədər tezliklə həll olunacaqdır. Son vaxtlar tərəflərin mövqeləri müəyyən dərəcədə yaxınlaşmış, əvvəllər çətin görünən bəzi məsələlər razılaşdırılmışdır. Mənim fikrimcə, bu, danışıqların davam etdirilməsi üçün yaxşı bazadır. Bununla belə, elə məsələlər də var ki, tərəflər razılığa gələ bilmirlər.

Bizim cəhdlərimiz həmişə konstruktiv yanaşmaya, beynəlxalq hüquqa, tarixi ədalətin bərpa edilməsinə əsaslanmışdır. Heç kəs üçün sirr deyil ki, təqribən 20 ildir Azərbaycanın ərazisi işğal altındadır və aparıcı beynəlxalq təşkilatlar da daxil olmaqla, bütün dünya birliyi bu faktı təsdiq etmişdir. Biz ümid edirik ki, yaxın aylarda münaqişənin tənzimlənməsi prosesini irəlilədə və bütün tərəflərin maraqlarına cavab verəcək, Azərbaycanın ərazi bütövlüyünün bərpasını, regionumuzda beynəlxalq hüququn normaları və prinsiplərinin bərpasını təmin edəcək həll tapmağa nail olacağıq. Bu, hamının xeyrinə olardı və bu halda biz Cənubi Qafqaz regionunda tammiqyaslı regional əməkdaşlıq haqqında danışa bilərdik.

Bir daha demək istəyirəm ki, danışıqlar prosesindəki irəliləyiş müəyyən nikbinlik doğurur, nəticənin olmaması isə, əlbəttə, bizi məyus edir.

İnterfaksın müxbiri: Xahiş edirəm deyin, sizin danışıqlarınız zamanı qaz problemi, qazın nəqli, qaz sahəsində əməkdaşlıq barədə hansısa yeni razılaşmalar əldə edildimi? Bu sualım isə Dmitri Anatolyeviçədir. Dünən məlum olmuşdur ki, NATO Qafqazda, yəni Gürcüstanda hərbi təlimlər keçirməyi qərara almışdır. Həmin regiondakı vəziyyəti nəzərə almaqla, NATO-nun bu qərarı ilə əlaqədar Sizin fikriniz necədir?

İLHAM ƏLİYEV: Təbii ki, biz qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmişik. Deməliyəm ki, bütövlükdə, energetika sahəsində ölkələrimiz arasında əməkdaşlıq çox müsbət xarakter daşıyır. Bakı-Novorossiysk neft kəməri uzun illərdir ki, fəaliyyət göstərir və biz gələcəkdə bu kəmərlə nəql edilən neftin həcmini artırmaq fikrindəyik. Elektrik energetikası sahəsində də səmərəli əməkdaşlıq var və biz bu əməkdaşlığı da genişləndirmək üzərində ciddi işləyirik. Bunlar qarşılıqlı faydası olan məsələlərdir. Qaz sahəsində bu mövzu nisbətən təzədir, çünki yaxın vaxtlarda müzakirə olunmağa başlamışdır. Lakin mənim fikrimcə, bu müzakirələrin o qədər də çox vaxt aparmadığını nəzərə alsaq, bu istiqamətdə kifayət qədər irəliləyiş olduğunu deyə bilərik. “Qazprom” və Azərbaycan Dövlət Neft Şirkəti arasında saziş barədə danışıqlar aparılır. Bildiyiniz kimi, bir müddət əvvəl bu məsələyə dair memorandum imzalanmışdır və o, qarşılıqlı maraqların olduğunu təsdiq edir. Qaz sahəsində əməkdaşlığa bizim tərəfimizdən heç bir məhdudiyyət yoxdur və ola da bilməz. Bu istiqamətdə əməkdaşlıq Azərbaycan üçün həm də qaz ixracının şaxələndirilməsi elementidir, çünki hazırda Azərbaycan qazı Qərb istiqamətində nəql edilir. İxracın şaxələndirilməsi və yeni bazarlara çıxmaq imkanı hər bir başqa ölkə üçün olduğu kimi, bizim üçün də böyük maraq doğurur. Mən ümid edirəm ki, şirkətlər arasında aparılan danışıqlar uğurla başa çatacaqdır. Təbii ki, həmin danışıqlar beynəlxalq praktikanı əks etdirməli, qarşılıqlı surətdə faydalı, mehriban qonşuluq və tərəfdaşlıq ruhunda olmalıdır. Zənnimcə, biz bu prosesləri çox səmərəli şəkildə irəlilədə biləcəyik. Xüsusən ona görə ki, Rusiya və Azərbaycan qonşudur. Bizim aramızda heç bir tranzit ölkə yoxdur. Artıq kifayət qədər səmərəli nəqliyyat infrastrukturu vardır. Qaz kəmərinin çəkilməsi üçün əlavə investisiyalara ehtiyac yoxdur. Kəmər mövcuddur. Ona görə də bütün bu ilkin amillər çox sərfəli görünür. Şirkətlərin xoş məramla razılığa gəlməsi lazımdır və mənim fikrimcə, bu halda Azərbaycan ilə Rusiya arasında qaz sahəsində əməkdaşlıq ölkələrimiz arasında əməkdaşlığın ümumi mənzərəsinə üzvi şəkildə daxil olacaqdır.

DMİTRİ MEDVEDEV: Mənə o qalır ki, əvvəla, Rusiya və Azərbaycanı bir-birinə bağlayan energetika sahəsində əməkdaşlığın dəyərləndirilməsi ilə razılaşım. Son illər biz belə əməkdaşlığı irəlilətmişik. Xatırladılan neftin nəqli kimi ənənəvi sahələr var. Yeni sahələr var. Bax, məsələn, haqqında sual verilən qaz sahəsi var. Bu, hər iki ölkə üçün maraqlı sahədir. Şirkətlər birbaşa danışıqlar aparır və bu, bir müddətdir davam edir. Hesab edirəm və mən İlham Heydər oğlu ilə tam razıyam ki, əlbəttə, dövlətlərimizin maraqlarını, şirkətlərin kommersiya maraqlarını əsas tutaraq bizim mükəmməl sazişə çıxmaq üçün çox böyük imkanlarımız var. Bu, energetika sahəsində əməkdaşlıqda yeni səhifə aça bilər. Əgər belə saziş hazırlanarsa, - bir daha deyirəm ki, bu məsələdə irəliləyişə nail olmaq imkanı çox-çox yüksəkdir, - bu zaman onun imzalanması mümkün olardı. Bu isə özlüyündə ölkələrimiz arasında münasibətlərdə çox mühüm hadisə olardı. Digər tərəfdən, bu, energetika sahəsində şaxələndirmə barədə və bütövlükdə dünyada xeyli dərəcədə narahatlıq yaradan enerji təhlükəsizliyi probleminin həlli haqqında danışmağa imkan verərdi. Hətta iqtisadi böhrana baxmayaraq, biz gələcəkdə enerji təhlükəsizliyinin hansı şəkildə təmin olunması barədə düşünməliyik. Biz dəfələrlə bildirmişik ki, bu mövzuda yetərli konvensiyaların imzalanması, ölkələr və onların şirkətləri arasında düzgün beynəlxalq rejimlərin və qarşılıqlı surətdə faydalı olan hərtərəfli münasibətlərin yaradılmasına tərəfdarıq. Rusiya və Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq da belə ola bilər.

Gürcüstanda NATO-nun təlimlərinə dair sualınıza cavab olaraq, hesab edirəm ki, bu, düzgün qərar deyil, təhlükəli qərardır. Çünki bu və ya başqa hərbi blok lap bu yaxınlarda gərginliyin çox yüksək olduğu və indinin özündə də heç də hər şeyin sadə olmadığı ərazilərin yaxınlığında təlim keçirirsə, bu, hər cür mürəkkəb vəziyyətə gətirib çıxara bilər. Bu cür təlimlər, məsələn, Yaxın Şərqdə, Şimali Koreya yaxınlığında, yüksək gərginlik müşahidə olunan hər hansı digər yerdə keçirilərsə, hansı vəziyyətin yaranacağını təsəvvür edə bilərik. Təbii ki, bu vəziyyəti gərginliklə izləyənlər üçün problem yaradır. Mən əminəm ki, bu, Cənubi Osetiya və Abxaziya xalqlarına müsbət emosiyalar gətirməyəcək. Çünki belə hərəkətlər açıq-aşkar güc nümayişinə, hərbi komponentlərin artırılmasına yönəldilmişdir. Qafqazda onsuz da hamının kifayət qədər gərgin vəziyyətdə olduğu bir şəraitdə bu qərar, əgər məsələn, Rusiya ilə Şimali Atlantika alyansı arasında münasibətlərdən danışsaq, düşünülməmiş, tərəfdaşlığa yaraşmayan hərəkətdir. Belə qərarlar təəssüf doğurur və Rusiya Federasiyası ilə NATO arasında yetərli təmasların bərpa olunmasına kömək etmir. Biz orada baş verənləri ən ciddi şəkildə izləyəcəyik və lazım gəldikdə bu və ya başqa qərar qəbul edəcəyik.

X X X

Elə həmin gün Rusiya Prezidenti Dmitri Medvedevin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə işçi nahar verilmişdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY