Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İTALİYANIN “RAİ İNTERNATİONAL” TELEKANALINA MÜSAHİBƏSİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İTALİYANIN “RAİ İNTERNATİONAL” TELEKANALINA MÜSAHİBƏSİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyaya rəsmi səfəri çərçivəsində noyabrın 25-də, onun üçün ayrılmış iqamətgahda bu ölkənin “Rai İnternational” telekanalının “Foks neks” proqramına müsahibə vermişdir.

-Ölkəniz müstəqilliyini qazandığı vaxtdan bəri çətin bir yol keçib, indi isə neft və qaz hasilatçısı kimi tanınır. Bu yolda İtaliya ilə əməkdaşlığın genişləndirilməsi necə görünür?

-Bu yol bizi işıqlı gələcəyə doğru aparır. Çünki ötən bir neçə ildə bizim bütün enerji layihələrimiz uğurla həyata keçirilibdir. Bu gün biz böyük həcmdə neft ixrac edən dövlətə çevrilmişik və eyni zamanda, qaz ixrac edən ölkəyə çevrilməkdəyik. Biz bir neçə neft və qaz kəmərləri inşa etmişik və enerji təchizatının şaxələndirilməsinə nail olmuşuq. Enerji sahəsində işbirliyi də bizim İtaliya ilə ikitərəfli əlaqələrimizin əsas elementlərindən biridir. Biz bu işbirliyinin praktik tərəflərini müzakirə edirik və Azərbaycanda da gördüyümüz kimi, İtaliya ilə enerji sahəsində davamlı işbirliyi mümkündür. Bir daha vurğulamaq istərdim ki, Azərbaycanın enerji ehtiyatları artıq Avropa, dünya enerji bazarlarına çatdırılır və əlbəttə ki, Azərbaycan bunlardan yararlanır. İqtisadi inkişaf eyni zamanda bir çox sosial problemlərin həlli deməkdir və ölkənin regional mövqeləri əhəmiyyətli dərəcədə güclənmişdir.

-“Nabukko” layihəsinə gəldikdə, bu layihə həyata keçiriləcəkmi, yoxsa dayandırılıb?

-Bunu demək çətindir və qeyd etmək istərdim ki, “Nabukko” layihəsi gündəliyə gələndə həmin layihənin potensial təchizatçısı Azərbaycan deyil, digər mənbələr nəzərdə tutulurdu. Lakin bu gün “Nabukko” haqqında daha çox eşidəndə, biz Azərbaycanın qaz ehtiyatlarını görürük. Biz əsas qaz yataqlarımızın işlənilməsinə son vaxtlar başlamışıq. Hələlik hasilatı ən yüksək həddə çatdırmamışıq, ümid edirik ki, buna növbəti 5-6 il ərzində nail olacağıq. Bu gün Azərbaycan qazı artıq bazarlara çıxıb, biz üç ölkəyə qaz ixrac edirik və çox güman ki, istehlakçıların əhatəsi genişlənəcəkdir. Lakin “Nabukko” layihəsinin həyata keçirilməsi təkcə bizdən asılı deyildir. Bu, daha çox “Nabukko” şirkətlərinin fəaliyyətindən, tranzit məsələlərindən, Mərkəzi Asiya mənbələrinə qoşulma məsələlərindən asılıdır. Bu, daha geniş bir layihədir. Azərbaycan “Nabukko” layihəsində tranzit ölkə və zərurət yaranarsa, potensial təchizatçı rolu oynamağa hazırdır. Lakin eyni zamanda, onu demək istərdim ki, bu, təkcə bizim layihəmiz deyildir.

Bizim öz layihələrimizə gəldikdə isə, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri tamamlanıb və artıq qeyd etdiyim kimi, Azərbaycan nefti və qazı müxtəlif istiqamətlərdə nəql olunur.

-“Qazprom” Azərbaycan qazının alınması ilə bağlı yüksək qiymət təklif etmişdir. Bu sahədə onlara verəcəyiniz cavab hansı ola bilərdi?

-Bizə müxtəlif təkliflər gəlir və öncə dediyim kimi, biz qonşumuz olan Gürcüstana, digər qonşumuz Türkiyəyə qaz ixrac edirik. Türkiyə vasitəsilə bizim qazımız Avropa İttifaqı bazarına, xüsusilə Yunanıstana daxil olur. Digər qonşumuz Rusiyanın “Qazprom” şirkətindən də bizə təkliflər var və biz hazırda həmin təklifləri nəzərdən keçiririk. Əlimizdə olan təkliflərə biz eyni mövqedən yanaşırıq. Bu, tamamilə ticari məsələdir. Biz öz enerji layihələrimizi yalnız kommersiya, şaxələndirmə, təhlükəsizlik və uzunmüddətli tərəfdaşlıq baxımından həyata keçiririk. Məhz bu səbəbdən bütün təkliflərə baxılacaqdır. Təbii ki, qiymət də bazar qiymətlərinə cavab verməlidir. Bu gün Azərbaycan iqtisadiyyatı 100 faiz bazar iqtisadiyyatıdır və əgər qiymət yaxşıdırsa, təbii ki, hər bir təklif dəyərləndirilə bilər. Eyni zamanda, bu gün və gələcəkdə, - çox uzaq gələcəkdə deyil, - Azərbaycan müxtəlif istiqamətlərə qaz ixrac etmək üçün kifayət qədər mavi yanacaq hasil edə biləcəkdir.

-Azərbaycan beynəlxalq səviyyədə get-gedə daha mühüm rol oynamağa başlayır. Bu baxımdan enerji əməkdaşlığı sahəsində İranla da müəyyən işbirliyi nəzərdə tutulurmu?

-Bəli, bizim İranın enerji sektoru ilə tərəfdaşlığımız var, ticarət əlaqələrimiz var, İran bazarına neft məhsulları ixrac edirik. Eyni zamanda, biz iki ölkə arasında elektrik enerjisi mübadiləsi sahəsində əməkdaşlıq edirik, bizi birləşdirən elektrik xətlərimiz var. Son bir neçə il ərzində qaz sahəsində də çox ciddi əməkdaşlıq edirik, mübadilə əməliyyatları aparırıq, ölkələrimizin müxtəlif bölgələri üçün mavi yanacağın mübadiləsini həyata keçiririk. Beləliklə, bu əməkdaşlıq çox genişdir, qarşılıqlı surətdə səmərəlidir və eyni zamanda, enerji resurslarımızın axınını şaxələndirməyə kömək edir.

Faktik olaraq, biz enerji sahəsində bütün qonşularımızla çox ciddi və səmərəli əməkdaşlıq edirik. Bu o deməkdir ki, təchizatçı kimi Azərbaycan ən mühüm məqsədlərindən biri olan şaxələndirməyə nail ola bilmişdir. Şaxələndirmə təkcə istehlakçılar üçün deyil, təchizatçılar üçün də vacibdir. Xüsusilə də dünyanın enerji bazarına birbaşa çıxışı olmayan ölkələr üçün. Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkədir, bizim neft və qaz bazarlarına birbaşa çıxışımız yoxdur. Buna görə də boru kəmərlərinin olması bizim üçün vacibdir. Bizim müxtəlif istiqamətlərdə boru kəmərlərimiz var, qonşu ölkələrlə, o cümlədən İranla da əməkdaşlığımız uğurludur.

-İqtisadi artım sahəsində ölkəniz son illər ərzində böyük nailiyyətlər əldə etmişdir. Bu haqda məlumat verərdiniz.

-Bəli, bu, həqiqətdir. Son beş il ərzində iqtisadi artım üç dəfə çoxalmışdır. İqtisadiyyatımız artıb, bu, eynilə sənaye istehsalında da baş veribdir. Biz işsizliyi, demək olar ki, tamamilə aradan qaldırmışıq, hazırda yoxsulluğun azaldılması proqramı çox uğurla icra olunur. Ölkədə yoxsulluqda yaşayan insanların sayı çox azdır. Biz ölkənin inkişafı üçün böyük sərmayələr qoyuruq, infrastruktura investisiyalar yatırılır. Son beş il ərzində büdcə xərclərimiz 10 dəfədən də çox artıb və bu gün, xüsusilə qlobal maliyyə böhranı dövründə biz özümüzü çox rahat hiss edirik. Valyuta ehtiyatlarımız artıq 18 milyard dollara çatıbdır. Bu, bizim üçün kifayətdir. İqtisadi fəaliyyəti inkişaf etdirmək üçün yaxşı perspektivlərimiz var. Dünya iqtisadiyyatında müşahidə edilən ümumi tənəzzülə baxmayaraq, bu il də bizim iqtisadiyyatımızda artımın səviyyəsi yüksək olacaqdır. Ötən il bu, 25 faizə bərabər olub, bu il təbii ki, bir qədər az, lakin real olacaqdır.

Beləliklə, ölkədəki bir çox iqtisadi problemlər həll olunub və təbii ki, biz özümüzü çox arxayın hiss edirik. Biz iqtisadi cəhətdən təmin olunmuş ölkəyik. Bizim təbii ehtiyatlarımız var, coğrafi mövqeyimiz əlverişlidir, müasir nəqliyyat infrastrukturumuz, yaxşı iqlimimiz, yaxşı aqrar imkanlarımız var. Özümüzü əksər kənd təsərrüfatı məhsulları ilə, demək olar ki, 100 faiz təmin edə bilirik. Beləliklə, biz ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi və hər bir ölkə üçün son dərəcə vacib olan nəqliyyat təhlükəsizliyi baxımından yaxşı vəziyyətdəyik. Lakin bu o demək deyil ki, biz bu vəziyyətdən həzz almalıyıq. Biz güclü ölkə olmaq üçün bütün bu illər çalışdığımız kimi, hələ çox iş görməliyik.

-İndi isə ikitərəfli münasibətlərə keçək. Xalqlarımız arasında dostluq əlaqələri tarixən mövcud olub. Bilirik ki, Azərbaycanda motsarella pendiri istehsal edən müəssisə açılıbdır. İtaliya ilə iqtisadi münasibətlərin gücləndirilməsinə gəldikdə, Siz nə qənaətdəsiniz?

-Düzdür, ümumiyyətlə, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir. Müstəqilliyi əldə etdiyimiz ilk illərdən İtaliya ilə əlaqələrimiz çox sürətlə inkişaf edir, siyasi əlaqələrimiz də çox yaxındır. Bu, mənim son üç il ərzində ölkənizə ikinci rəsmi səfərimdir. Bu, əlaqələrimizin səviyyəsinin mühüm göstəricisidir.

İtaliya şirkətləri Azərbaycanda uğurla çalışır, enerji sektoruna və digər sahələrə böyük sərmayələr yatırır. Azərbaycanda bəzi İtaliya şirkətləri müxtəlif sənaye layihələrində podratçı qismində çalışır və eyni zamanda, kənd təsərrüfatı sahəsində təmsil olunur. Ölkələrimiz arasında humanitar sahədə güclü mədəni əlaqələrimiz, geniş fəaliyyət var. Ümumiyyətlə, bunlar çox tarazlaşdırılmış əlaqələrdir, yaxşı gələcəyi var. Çünki siyasi və iqtisadi sahələrdə əlaqələri inkişaf etdirmək üçün yaxşı imkanlar var.

Avropa İttifaqının aparıcı ölkələrindən biri kimi İtaliya, Azərbaycanın bu qurumla əlaqələrində mühüm rol oynayır. Hesab edirik ki, bu əlaqələr uğurla inkişaf edir. İqtisadi sahədə gələcəkdə görüləcək işlər çoxdur, çünki ölkəmizin imkanlarını öyrənməyə və Azərbaycanın regionumuzda çox mühüm rol oynadığını görməyə hələ də ehtiyac var. Təkcə iqtisadi inkişaf baxımından deyil, həm də bir siyasi sabitləşdirici kimi. Bildiyiniz kimi, əfsuslar olsun ki, Cənubi Qafqaz regionunda vəziyyət sabit deyildir. Bu səbəbdən Azərbaycanın iqtisadi inkişafı və müsbət siyasi təsiri regionun təhlükəsizliyi üçün əhəmiyyətli rol oynayır.

-Sizdən ölkənizin iqtisadi inkişafı ilə bağlı gözəl perspektivləri eşitməkdən məmnun oldum. Lakin Azərbaycanın müəyyən problemi də var. Bu, Dağlıq Qarabağ münaqişəsidir. Bilirik ki, məsələni Ermənistanla dinc yolla həll etmək istəyirsiniz. Xarici işlər nazirləri görüşlər keçirirlər. İşğal edilmiş torpaqların azad olunması ilə bağlı müzakirələr aparılır. Bununla belə, tərəflərin tutduğu mövqelər arasında fərqlər var. Bu yaxınlarda isə, saziş imzalandı.

-Xeyr! İlk növbədə, onu demək istəyirəm ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada imzaladıqları sənəd saziş deyil, siyasi Bəyannamə idi. Burada münaqişənin necə həll olunmasına dair ölkələrin mövqelərini əks etdirən Bəyannamədən söhbət gedir. Həmin Bəyannamənin üç vacib elementini vurğulamaq istərdim. İlk növbədə, bu sənəd Azərbaycan və Ermənistan arasında imzalanıb, Dağlıq Qarabağla yox. Bu onu göstərir ki, Ermənistan rəhbərliyi münaqişə tərəflərinin Ermənistan və Azərbaycan olduğunu dərk edir. Əvvəllər bu, belə deyildi. Əvvəllər onlar hamını inandırmağa çalışırdılar ki, müharibə Dağlıq Qarabağ və Azərbaycan arasındadır. Məsələ budur. Bu, çox vacibdir. Ermənistan rəhbəri münaqişə tərəflərinin kim olduğunu göstərən sənədə öz əli ilə imza atıbdır. İkincisi, Bəyannamədə deyilir ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri, həmin prinsiplər çərçivəsində qəbul edilmiş qərar və qətnamələr əsasında həll olunmalıdır. Bu o deməkdir ki, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qərar və qətnamələrə hörmətlə yanaşılmalıdır.

Üçüncü vacib element ondan ibarətdir ki, münaqişənin həllində hər bir mərhələ beynəlxalq təminatla müşayiət olunmalıdır. Bu o deməkdir ki, münaqişə mərhələ-mərhələ həll edilməlidir. Bu, daim bizim mövqeyimiz olub, Ermənistanın mövqeyi isə münaqişənin paket şəklində həlli olubdur.

Beləliklə, bu üç element danışıqlar prosesində yeni elementlərdir və mən şadam ki, Ermənistan rəhbəri bu prinsipləri, bu Bəyannaməni imzalamağa özündə cəsarət tapdı. Əgər Ermənistan bu prinsiplərə riayət etsə, münaqişə asanlıqla həll oluna bilər.

Vəziyyət isə aydındır, Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktı beynəlxalq birlik tərəfindən tanınır. Bu işğal və azərbaycanlılara qarşı yürüdülən etnik təmizləmə siyasəti nəticəsində 1 milyon azərbaycanlı qaçqın və öz torpaqlarında məcburi köçkün vəziyyətinə düşübdür. Ölkənin 20 faizi işğal altındadır. Bu, beynəlxalq hüquq normalarına tamamilə ziddir. Münaqişənin sülh yolu ilə deyil, digər yollarla həllinə dair verdiyiniz şərhlə bağlı onu demək istərdim ki, bu Bəyannamədə Azərbaycanı hərbi yoldan çəkindirən öhdəliyi heç kim tapa bilməz. Bəyannamədə “hesab edirik ki, siyasi həll yolu olmalıdır” deyilməsi fundamental hüquqlarımızdan imtina etməyimiz demək deyildir. Bütün beynəlxalq normalara əsasən, hər bir ölkənin özünü müdafiə etmək hüququ var.

Azərbaycan Ermənistanın təcavüzünün qurbanıdır. Bu təcavüz nəticəsində nəinki Dağlıq Qarabağ, hətta onun ərazisindən kənar və ermənilərin heç vaxt yaşamadıqları daha 7 rayon Ermənistan tərəfindən işğal olunmuşdur. Bundan da bizim insanlar əziyyət çəkirlər. Ona görə də siyasi həll ümidi ilə biz, eyni zamanda, istənilən tədbiri görməyə daim hazır olmalıyıq. Burada hərbi yol istisna deyil, heç vaxt olmayıb və ərazi bütövlüyümüzü bərpa etmək üçün heç vaxt istisna olmayacaqdır. Biz özümüzü əhəmiyyətli dərəcədə gücləndirmişik. Son beş il ərzində Azərbaycanın hərbi potensialı, iqtisadi inkişafı və siyasi gücü bir neçə dəfə artmışdır. Lakin təxminən iki onillik ərzində aparılan danışıqlar prosesində olmağımız faktı onu göstərir ki, bizim məqsədimiz sülh yolunu tapmaqdır.

Qafqazda heç kim müharibə istəmir. Lakin, eyni zamanda, biz bu vəziyyətlə barışa bilmərik. Ermənistanın iki onillikdən çox xalqımızın fundamental hüquqlarını pozması faktı ilə və heç nə baş verməməsi ilə razılaşa bilmərik. Beynəlxalq birlik məsələnin həllində lazımi rolu oynamır. Biz ümid edirik ki, məsələyə diqqət artacaq, xüsusilə də sülhün nə qədər həssas olduğunu göstərən Qafqazdakı son hadisələrdən sonra. Bizə gəldikdə isə, bizim təmas xəttində sülhməramlılar yoxdur. Burada Ermənistan və Azərbaycan ordusu var. Bu səbəbdən də sülh çox həssasdır. Qafqazda sülhün bərqərar olunması üçün biz tezliklə məsələnin həlli yolunu tapmalıyıq.

-Bu gün deyilir ki, məsələ dinc yolla həll olunmalıdır, Azərbaycan isə neft və qaz gəlirlərini Silahlı Qüvvələrin gücləndirilməsinə yönəldir. Bu haqda nə deyə bilərsiniz?

-Deməzdim ki, vəsaitin böyük hissəsi o istiqamətə sərf olunur. Büdcəmizə baxsanız, Azərbaycanda son beş il ərzində büdcə xərclərinin 10 dəfədən çox artdığını görərsiniz. Təxminən 12 dəfə artmışdır. Eyni zamanda, təhsil xərcləri də 10 dəfə artmışdır, infrastruktur layihələri üçün xərclər bir qədər çox ola bilər. Ordu xərcləri də 10 dəfə artmışdır. Yəni biz neftdən gələn gəlirləri yalnız silah alınmasına sərf etməmişik. Biz silah alırıq, ancaq eyni zamanda məktəb, xəstəxana, yollar, elektrik stansiyaları tikirik. Biz ölkəmizi inkişaf etdiririk. Əgər ÜDM daxilində Azərbaycan və Ermənistanın hərbi xərclərinin faiz dərəcələrinə baxsanız, Ermənistanın bu sahəyə daha çox vəsait xərclədiyini görərsiniz. Məsələ ondadır ki, bizim ÜDM Ermənistanın eyni göstəricisindən təxminən 6-7 dəfə çoxdur. Bu səbəbdən hərbi sahəyə biz Ermənistanın bütün ölkə üçün xərcləyə biləcəyi qədər vəsait xərcləyə bilirik. Onlar dərk etməlidirlər ki, aramızda olan tarazlıq artıq yoxdur və bundan sonra da olmayacaqdır. Onlar bu reallığı anlamalıdırlar ki, Azərbaycan daha da inkişaf edəcək güclü ölkədir. Onlar öz xalqına firavan həyat təmin etmək üçün bunu nəzərə almalıdırlar.

-İqtisadiyyat artmaqdadır, lakin Freedom House təşkilatı bildirir ki, demokratiya inkişaf etmir.

-Bilirsiniz, Freedom House kimi təşkilatlar obyektiv deyildir. Onlar Azərbaycanı olduğu kimi yox, fərqli təqdim etməyə çalışırlar. Şəxsən mənim üçün fəaliyyətimizin ən vacib qiyməti beynəlxalq təşkilatların verdiyi qiymətdir. Freedom House özünün gündəliyi, siyasi maraqları olan bir qeyri-hökumət təşkilatıdır. Onların Azərbaycanda bəzi müxalifət nümayəndələri arasında dostları da var. Buna görə də onların Azərbaycan haqqında dedikləri düzgün hesab edilə bilməz.

Bu yaxınlarda bizdə prezident seçkilərini izləyən ATƏT-in və Avropa Şurasının qiymətləndirmələri - vacib olan budur. Fakt odur ki, Azərbaycanda seçkilər çox normal və şəffaf şəraitdə keçirilib və onun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirdi. Nəticələrə, seçkilərin düzgünlüyünə dair heç bir şikayət daxil olmamışdır. Mühüm olan budur. Bu onu göstərir ki, Azərbaycan real demokratiyanın qurulması üçün sürətlə irəliləyir və demokratikləşmə prosesi sürətlə gedir. Biz Avropa İttifaqına inteqrasiya oluruq, məsələn, biz qurumla qonşuluq proqramları həyata keçiririk. Nəyə görə? Meyarları Avropa İttifaqına daha da yaxınlaşdırmaq üçün! Bizə İttifaqdan pul gərək deyil, bizə heç bir güzəşt və ya subsidiyalar lazım deyildir. Biz, sadəcə, həyat meyarlarımızı və siyasi sistemimizi ən yaxşı nümunəyə çatdırmağa çalışırıq. Eyni mənzərəni yeddi il üzvü olduğumuz Avropa Şurasında görə bilərik.

Bu, böyük və həmişə asan olmayan, bəzən ağrılı bir yoldur, lakin biz bu yolu seçmişik. Bu, reallıqdır. Üstəlik, liberal iqtisadi islahatlar. Qeyri-demokratik ölkədə liberal iqtisadi islahatlara nail olmaq mümkün deyildir. Bu il Dünya Bankı Doing Business proqramı üzrə Azərbaycanı dünyanın bir nömrəli islahatçı ölkəsi elan etmişdir. Ötən il BMT Dövlət Neft Fondunu şəffaflığa görə mükafatla təltif etmişdir. Beləliklə, qeyri-demokratik cəmiyyətdə bu, mümkün olmazdı. Qeyri-demokratik cəmiyyət Dünya Bankı tərəfindən bir nömrəli islahatçı ölkə elan edilə bilməz. Dünya Bankı dünyanın ən iri maliyyə təsisatıdır. ATƏT, Avropa Şurası, Avropa İttifaqı - bunlar ciddi təşkilatlardır. Beləliklə, Freedom House və ona bənzər təşkilatlar bu qurumlarla müqayisə edilə bilməz.

-Azərbaycan digər beynəlxalq təşkilatlar tərəfindən bütün ölkələr kimi qiymətləndirilir. Bu yaxınlarda Beynəlxalq Valyuta Fondu korrupsiya sahəsində hazırladığı reytinq sənədlərində Azərbaycanın cədvəldəki mövqeyinin aşağı düşdüyünü göstərmişdir. Dünyanın bir çox ölkələrində korrupsiya problemi var. Azərbaycanın bu sahədəki səyləri haqqında nə deyə bilərsiniz?

-Burada bir düzəliş etmək istərdim. Bu qiymətləndirmə Beynəlxalq Valyuta Fondu tərəfindən deyil, Transparency İnternational adlandırılan QHT tərəfindən hazırlanıbdır. Bilirsiniz, QHT-lər çoxdur. Bizim ölkədə QHT-ni iki gün ərzində yaratmaq olar. Bundan sonra reytinqlər açıqlanır, təəssürat və ya maraqlar əsasında ölkələr həmin reytinqdə yer alır. Biz QHT-lərə böyük diqqət yetiririk. Biz ciddi beynəlxalq təşkilatların qiymətləndirmələrinə əhəmiyyət veririk. Dünyada bir nömrəli islahatçı olmaq təsadüfən baş vermir. Bu özünü bizim liberal iqtisadiyyatımızda, korrupsiyaya qarşı mübarizəmizdə göstərir. Bu onu göstərir ki, Azərbaycanda biznes qurmaq asandır, korrupsiya mühitində bu, mümkün deyildir. Beləliklə, QHT-lərin qiymətləndirmələri bəzən onların subyektiv fikirlərinə əsaslanır.

Eyni zamanda, biz bu xəstəlikdən uzağıq desək, yanılarıq. Bu, bütün dünya ölkələrində, keçmiş Sovet İttifaqı ölkələrində, hətta Avropada belə böyük bir problemdir. Onunla necə mübarizə aparaq? Biz çalışırıq. Biz korrupsiyaya qarşı mübarizə üçün xüsusi komissiya yaratmışıq, xüsusi proqramımız, qanunumuz var. Eyni zamanda, biz inzibati və iqtisadi qüvvələri bununla mübarizəyə cəlb edirik. Bəzən biz çox ciddi addımlar atırıq. Bir neçə il bundan öncə təkcə korrupsiyaya görə Azərbaycanda bir neçə nazir həbs edilmişdir. Bir çox digər yüksək rütbəli məmur da həbs olunmuşdur. Lakin biz görürük ki, təkcə inzibati tədbirlərlə bu, çox çətindir. Biz əlaqələndirmə yaratmalıyıq, iqtisadiyyatı liberallaşdırmalıyıq, güclü orta təbəqə, siyasi həyatda hər bir şəxs üçün geniş şərait yaratmalıyıq. Bundan sonra korrupsiya aşağı düşəcəkdir.

-Cənab Prezident, sonuncu sualım sadədir. Ölkənizin milli valyutası, manatın üzərində Avropanın ümumi xəritəsi də təsvir olunub və Azərbaycan orada bütöv Avropanın sərhədində göstərilibdir. Hesab edirsinizmi ki, Azərbaycan Avropa İttifaqının üzvü olmalıdır?

-Bilirsiniz, təbii ki, bu, Avropadan, Avropa İttifaqından asılı olacaqdır. Hesab edirik ki, bugünkü əlaqələrimizin səviyyəsi çox yüksəkdir. Qeyd etdiyim kimi, artıq iki ildir ki, biz Avropa İttifaqı ilə Qonşuluq proqramını icra edirik. Bizim enerji sektorunda güclü tərəfdaşlığımız var. Təbii ki və əminəm, apardığımız islahatlar növbəti beş il ərzində həyatımızın bir çox meyarlarını, o cümlədən siyasi sistemi və iqtisadi azadlığı Avropa İttifaqının meyarları səviyyəsinə gətirib çıxaracaqdır. Əgər Avropa İttifaqı bizi öz strukturlarına inteqrasiya olunan və ya əlaqəli olan və yaxud qonşu kimi görmək istəyirsə, istənilən seçim bizi razı salar. Biz Avropa İttifaqından nə isə tələb edə bilmərik, qapını bərk döyərək, bizi içəri buraxın deyə bilmərik.

Avropa İttifaqı bir ailədir və bu ailənin öz qanun və qaydaları var, bu ailənin kimisə buraya dəvət edib-etməmək hüququ var. Əgər biz bu gün desək ki, bəli, biz daha da inteqrasiya olunmuş olmaq istərdik, bu, böyük dəyişikliklərə səbəb olmayacaqdır. Biz çalışmalıyıq. Azərbaycanda gördüyümüz işlər ölkəni gücləndirməyə, güclü siyasi sistemin, azad iqtisadiyyatın, bazar iqtisadiyyatının, sosial ədalətin yaradılmasına və Avropa İttifaqının gündəliyində olan bütün prinsiplərə xidmət edir. Onu da zaman göstərər.

-Sizin üç övladınız var. Onlar daha çox Qərbə, yoxsa Şərqə baxırlar?

-Bilirsiniz, bunu demək çətindir. Onlar Azərbaycana baxırlar. Biz öz ölkəmizdə ənənələrimizi, həyat tərzimizi, mentalitetimizi çox yüksək qiymətləndiririk. Azərbaycandakı gənc nəsil və ələlxüsus mənim uşaqlarım milli ruhda tərbiyə edilirlər. Onlar üçün Vətən ən ön planda durur. Biz hərdən yüksək səviyyədə olduğunu hesab etdiyimiz Avropa dəyərlərindən danışırıq. Lakin bizim öz dəyərlərimiz var, milli dəyərlərimiz, ulu babalarımızdan qalma dəyərlərimiz var, tariximiz, ənənələrimiz var. Buna görə də uşaqlarımın naminə, bütün cavan nəslin naminə, bütün Azərbaycan xalqının naminə ölkəmizə qayğı ilə yanaşmağı və ölkəni gücləndirmək üçün işləməyi üstün tuturam. Buna nail olmaq üçün bizim həm Qərblə, həm də Şərqlə yaxşı münasibətlərimiz olmalıdır. Azərbaycanda hər şey məhz bu cür baş verir və bəlkə də, bu, bizim uğurlu inkişafımızın səbəblərindən biridir.

Müxbir: Təşəkkür edirəm.

######

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq