AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NAXÇIVAN MUXTAR RESPUBLİKASINA SƏFƏRİ
Dövlətimizin başçısının şərəfinə Naxçıvan beynəlxalq hava limanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi hava limanında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşıladılar. Milli geyimli oğlan və qız Prezidentə gül-çiçək təqdim etdilər.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Hava limanına gəlmiş minlərlə naxçıvanlı Prezident İlham Əliyevi hərarətlə salamladı.