AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN UKRAYNA DÖVLƏT TELEVİZİYASINA MÜSAHİBƏSİ
Dövlətimizin başçısı iki ölkə arasında əlaqələrin perspektivləri, Azərbaycanın Avropa strukturlarına inteqrasiyası, ölkəmizdə aparılan siyasi, iqtisadi, hüquqi və sosial islahatlar, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası və həyata keçirilən irimiqyaslı neft və qaz layihələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərə dair suallara ətraflı cavab verdi.
Azərbaycan Prezidentinin Ukraynaya dövlət səfəri bu ölkənin digər kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırılmışdır. Ukraynanın “1+1”, “İCTV”, İNTER, “Novıy Kanal” televiziya kanalları və “Den”, “Ekonomiçeskiye izvestiya” və digər qəzetlər Azərbaycan Prezidentinin səfərinə geniş yer ayırmışdılar. Dövlətimizin başçısının “Azərbaycan Odessa-Brodı neft kəmərini siyasi cəhətdən dəstəkləyir” fikri xüsusilə vurğulanmışdır.
Prezident İlham Əliyevin dövlət səfəri zamanı Ukraynanın kütləvi informasiya vasitələrində ümummilli liderimiz Heydər Əliyev haqqında da yazılar dərc olunmuşdur.