AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ FRANSA PREZİDENTİ JAK ŞİRAKIN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, fevralın 10-da Parisin Yelisey sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Jak Şirakın təkbətək görüşü olmuşdur.
Prezident Jak Şirak xalqımızın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini, gözəl münasibətlərini məmnunluqla xatırladı, o cümlədən Yelisey sarayında onunla dəfələrlə görüşdüynü vurğuladı.
Prezident İlham Əliyev xoş sözlərdən məmnunluğunu ifadə edərək bildirdi ki, iki dahi siyasətçi və dövlət başçısı arasında olmuş dostluqdan iftixar duyur və bunu özü üçün gözəl nümunə hesab edir.
Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri ətrafında geniş fikir mübadiləsi apardılar. Prezidentlər vurğuladılar ki, münaqişənin həlli üçün konkret addım atmağın vaxtı çatmışdır.
Görüş başa çatdıqdan sonra Fransa Prezidenti Jak Şirak Azərbaycan Prezidenti İlham Əliyevi Yelisey sarayının qarşısında böyük hörmət və ehtiramla avtomobilədək yola saldı.