AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ İORDANİYANIN KRALI II ABDULLAHIN GÖRÜŞÜ
Mayın 5-də, rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniyanın Kralı II Abdullahın görüşü olmuşdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və İordaniyanın birinci xanımı Raniya görüşdə iştirak edirdilər.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Dövlət başçıları yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdilər və indiki səfərin də ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildirdilər.
Söhbət zamanı ikitərəfli münasibətlərə, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıldı.
######
![]() |
![]() |

