Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- Hörmətli dostlar, sağ olun!

Mən bir daha sammit iştirakçılarının hamısına, əvvəla, burada olduqlarına, həm də töhfələrinə, maraqlı şərhlərinə və çıxışlarına görə öz minnətdarlığımı bildirmək istəyirəm.

Sammitin Bakıda keçirilməsi faktının da bir çox səbəbləri var idi. Biz bu haqda artıq danışdıq. Mən bir daha demək istəyirəm ki, bu sammit, ola bilsin, xüsusi əhəmiyyətə malikdir. Çünki o, elə bir regionda keçirilir ki, orada uzunmüddətli təhlükəsizlik və sabitlik üçün hələ də bir çox işlər görülməlidir. Hesab edirəm ki, bu cür geniş əməkdaşlıq və bugünkü zirvə görüşü, həmçinin bir çox dövlət və hökumət başçılarının, nümayəndə heyətləri rəhbərlərinin iştirakı regionun gələcək inkişafına, regional əməkdaşlığa və tərəfdaşlığa böyük töhfədir.

Enerji layihələri ölkələri ayırmalı deyil, onları birləşdirməlidir. Fikrimcə, qəbul edəcəyimiz Bəyannamədən başqa, sammitin mühüm nəticələrindən biri ondan ibarətdir ki, bu gün biz Xəzər-Qara dəniz-Baltik-Aralıq dənizləri və Avropa İttifaqı regionunda enerji əməkdaşlığının geniş formatı haqqında danışa bilərik. Bu, bizim hamımızda əlavə etimad yaradır və uğurla həyata keçirdiyimiz və planlaşdırdığımız layihələrə əlavə dəstək verir.

Uğurlu enerji siyasətimizin ilkin şərtlərindən biri regiondakı sabitlik, ona, eyni zamanda, seçilmiş məqsədlərə sadiqlikdir. Enerji inkişafımızın məqsədlərinə gəldikdə isə, bizim çox qətiyyətli mövqeyimiz var.

Xəzərdə enerji yataqlarının işlənilməsinə Azərbaycan tərəfindən 1990-cı illərin ortalarında başlanmışdır. O vaxt biz dünyanın aparıcı şirkətləri ilə geniş əməkdaşlıq qurduq. İndi isə bu, hasilatın artımı, çox sayda boru kəmərlərinin istismarı və yeni ideyaların, layihələrin gündəliyə gətirilməsi ilə səciyyələnir. Həmin layihələrin həyata keçirilməsi bu gün çətin görünə bilər. Lakin əgər biz yada salsaq görərik ki, on beş il bundan əvvəl Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəməri layihələrini, o cümlədən digər layihələri həyata keçirmək nə qədər çətin olsa da, hazırda bunlar artıq reallıqdır. Bu reallıq isə bizim tərəfimizdən geniş əməkdaşlıq və enerji siyasətində bütün iştirakçıların hiss etdiyi səmimiyyət mühiti sayəsində təmin olunmuşdur.

Çox məhsuldar müzakirələrinizə görə sizin hamınıza olduqca minnətdaram. Həmin müzakirələr əldə etdiyimiz nəticələrin hamısını, birgə masamızda olan hazır ümumi işlərimizi və çatışmayan məqamların tapılması yollarını bir daha nəzərdən keçirmək imkanını yaratdı. Uzunmüddətli enerji əməkdaşlığını təmin etmək üçün geniş regionumuzda əlavə hansı işlərin görülməsi məsələsinə də baxıldı. Praktik, texniki və kommersiya etibarlılığı baxımından hansı addımların atılmasının lazım olduğu müzakirə edildi.

Mən müzakirələrdən çox razıyam və əminəm ki, sammitin nəticələri nəzərdə tutduğumuz bütün layihələrin irəliyə doğru aparılmasında mühüm rol oynayacaqdır.

Bu gün masa arxasında müxtəlif layihələrdə iştirak edən təmsilçiləri görürük. Bütün həmin layihələr burada, Xəzər regionunda, Azərbaycanda başlayıbdır. Ümidvaram ki, aramızdakı fəal əməkdaşlıq Xəzər dənizində mövcud olan digər mənbələrin tapılmasında yardımçı olacaqdır. Həmin mənbələrin bir hissəsi cənub dəhlizinin işləməsinə artıq xidmət edir. Bu gün masa arxasında Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Odessa-Brodı-Plotsk-Qdansk, TGİ, Nabukko və digər bu kimi layihələrdə iştirak edən ölkələrin nümayəndələrini görürük. Bütün bu layihələr əhəmiyyətlidir. Onların hamısının bu gün yeganə mənbəyi var: Xəzər dənizi və daha dəqiq desək, Azərbaycan!

Neft və qaza gəldikdə, bizim ehtiyatlarımız nəhəngdir. Artıq qeyd etdim ki, dünən nazirlər səviyyəsində geniş müzakirələr aparıldı, bizim potensial təsvir olundu. Əvvəldə söylədiyim kimi, hesablamalara görə bizim ehtiyatlarımız bir çox onilliklər üçün kifayətdir. Lakin daha geniş əməkdaşlıq üçün əlavə ehtiyatlara ehtiyac duyulacaqdır. Bu gün biz artıq qeyd edə bilərik ki, nefti Azərbaycandan Aralıq dənizinə nəql etmək məqsədi ilə layihələşdirilmiş Bakı-Tbilisi-Ceyhan boru kəməri Qazaxıstan neftinin nəqli üçün də istifadə edilir. Bu, mühüm hadisədir. Bu, birgə səylərimizin, hökumətlərarası sazişin və geniş əməkdaşlığın nəticəsidir. Həmin nailiyyət onu göstərir ki, Xəzərin bu sahilində başlanmış layihələr bütün tərəfdaşlarımızın və dostlarımızın üzünə açıqdır. Bu, qarşılıqlı fayda verir və tərəfdaşlığımızı, regionda sabitliyi və dəhlizləri möhkəmləndirəcəkdir. Hamımız bunda maraqlıyıq.

Şaxələndirmə haqqında çox danışdıq. Bu haqda söhbət açanda biz istehlakçılar və alternativ mənbələri arzulayan tərəflər üçün şaxələndirməni nəzərdə tuturduq. Bunu da anlamaq olar. Lakin hasilatçılar, xüsusən də dünyanın neft bazarlarına birbaşa çıxışı olmayan Xəzər regionunun hasilatçıları üçün də şaxələndirmə vacibdir. Bu səbəbdən, biz boru kəmərlərinə malik olmalıyıq. Biz şirkətlər və ölkələrlə razılaşmalara malik olmalıyıq. Həmin sazişlər potensialımızdan istifadə etmək imkanı yaradır. Əgər bizim üçün bazar, daha dəqiq desək, bazarlar olmasa, onda enerji potensialımız reallaşmayacaqdır. Bu, bizim sürətli inkişafımızı əngəlləyəcəkdir. Ona görə şaxələndirmə hamı üçün, yəni hasilatçılar, tranzit ölkələri və təchizatçılar üçün vacibdir.

Qarşılıqlı asılılığa gəldikdə, hər zaman nəzərdə tutmalıyıq ki, biz bir-birimizdən asılıyıq. İstehlakçılar bizdən, biz isə istehlakçılardan asılıyıq. Əgər belə anlam olsa, onda qarşılıqlı fayda, yaxşı tərəfdaşlıq ruhu, dostluq və əməkdaşlıq əsasında irəliyə doğru addımlamaq və məqsədlərimizə çatmaq daha asan olacaqdır.

Hesab edirəm ki, enerji təhlükəsizliyini və sabitliyi təmin edə biləcək bütün bu mühüm amillər bizim üçün və avropalılar üçün çox vacibdir. Enerji təhlükəsizliyi, şaxələndirmə, qarşılıqlı asılılıq, gələcəkdə birgə fəaliyyət növbəti aylar ərzində vacib məsələlər olacaqdır.

Bu gün isə biz məlumat aldıq ki, enerji layihələri ilə bağlı bir çox sammitlər, - məsələn Rumıniyada, Bolqarıstanda, - olacaqdır. Əminəm ki, onlar da uğurla keçiriləcəkdir. Ola bilsin, həmin vaxt biz praktik baxımdan daha çox işlər görə biləcəyik.

Biz çox şadıq ki, qəbul ediləcək Bəyannamə konsensus əsasında müzakirə olunmuşdur. Bu, onu göstərir ki, enerji layihələri asanlıqla bir Bəyannamədə əks oluna bilər. Enerji layihələrimiz bir-birilə rəqabət aparmır və aparmalı deyil. Bir-birinə zidd deyil. Baxmayaraq ki, əvvəldə qeyd etdiyim kimi, həmin layihələr bir çox sahələri əhatə edir, onların coğrafiyası genişdir, bu, vacib amildir.

Bəyannamə üzərində apardıqları konstruktiv işə görə bütün iştirakçılara minnətdaram. Mühüm cəhət odur ki, Bəyannaməyə qoşulanlar arasında Avropa İttifaqının üzvü olan 9 dövlət var, Avropa Komissiyası da var. Bu, Qafqaz və Xəzər regionu üçün mühüm amildir. Avropa İttifaqı ilə bizim münasibətlərimiz həm Qonşuluq siyasəti, həm enerji əməkdaşlığı çərçivəsində çox müsbət inkişaf edir. Əlbəttə ki, gələcək uğurlar üçün biz həmin müsbət meyilləri davam etdirməliyik. Avropa İttifaqının 9 üzvünün - üçdə bir hissəsinin bu Bəyannaməyə qoşulan ölkələr arasında olması faktı özlüyündə önəmlidir.

Mən dəvətimizi qəbul edib, bu sammitdə iştirak edənlərin hamısına bir daha minnətdarlığımı bildirmək istəyirəm. Biz sammitin nəticələrini realist baxımdan təhlil etməliyik. Nəticələrin bəzilərini bu gün fəxrlə bəyan edə bilərik. Digərləri sonra olacaqdır. İş məhz belə aparılır. Bir addım atırıq və onun nəticəsində digər addımlar gəlir. Əminəm ki, davam edəcək əməkdaşlıq ruhu bütün məqsədlərimizə nail olmağa imkan verəcəkdir. Bugünkü toplantıda böyük sayda iştirakımız onu göstərir ki, bu məqsədlər üst-üstə düşür.

Çox sağ olun. İndi isə, sonuncu, formal məsələ qalır. O da bu Bəyannaməni qəbul etməkdən ibarətdir. Hesab edirəm ki, hamı onu dəstəkləyir. Dəstəkləyən ölkələrin adları Bəyannamədə göstərilibdir. Bununla da mən bu sammiti bağlı elan edirəm.

Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub