“AZƏRBAYCAN QADIN HƏRƏKATI 2005-Cİ İLDƏ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Konfederasiyanın həmsədri, Milli Məclisin deputatı Məlahət Həsənova ölkəmizdə həyata keçirilən qadın və gender siyasətinin uğurlarından danışmış, 2005-ci ildə demokratik şəraitdə keçirilmiş parlament seçkilərində qadınların fəal iştirakını və qazandığı uğurları qeyd etmişdir.
Tədbirdə çıxış edənlər AQMK-nın Fəxri prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan qadınına örnək, nümunə olan fəaliyyətini bir daha yüksək qiymətləndirmişlər.
Yığıncaqda təşkilatın gələcək fəaliyyət planı müəyyənləşdirilmiş, Azərbaycan tarixində müstəsna xidmətləri olmuş Sara Xatun, Tutu Bikə və digər tanınmış qadınların xatirəsinin əbədiləşdirilməsi məsələsi müzakirə edilmişdir.
Dəyirmi masa iştirakçıları ölkə Prezidentinin fərmanı ilə yeni bir dövlət qurumunun - Ailə, Qadın Uşaq və Problemləri üzrə Dövlər Komitəsinin yaradılmasını bu sahəyə dövlət qayğısının daha bir bariz nümunəsi kimi dəyərləndirmişlər.
Sonda Konfederasiyanın yeni üzvlərinə vəsiqələr paylanmışdır.