Azərbaycan qadınları ölkəmizin inkişafına böyük töhfələr verirlər
Bakı, 7 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbirdə çıxış edən institutun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov Beynəlxalq Qadınlar Gününün qeyd olunmasının əhəmiyyətindən danışıb, ölkəmizdə qadınların təhsilinə, inkişafına xüsusi diqqət göstərildiyini bildirib. Qeyd olunub ki, Azərbaycan qadını həmişə öz iradəsi, mərdliyi, sədaqəti, Vətənə bağlılığı ilə seçilib. Azərbaycan qadınları elm, təhsil, mədəniyyət və digər sahələrdə uğurla çalışaraq ölkəmizin inkişafına böyük töhfələr verirlər.
Əməkdar artist Sənubər İskəndərli əlamətdar gün münasibətilə qadınlara xoş arzularını bildirib, onlara xoşbəxtlik, fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.
İnstitutun qadın əməkdaşlarına hədiyyələr təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]
DİM-də hazırlıq kursları təşkil olunub
- 08.06.2026 [17:25]
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
- 08.06.2026 [16:49]
BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
- 08.06.2026 [16:23]
AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub
- 08.06.2026 [16:13]