Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan qlobal siyasətin sadəcə subyekti deyil, fəal aktoruna çevrilir

Bakı, 26 yanvar, Rabil Kətanov, AZƏRTAC

ABŞ-da Donald Trampın Prezident seçilməsi ilə rəsmi Vaşinqtonun istər daxili, istərsə də xarici siyasətində əsaslı dəyişikliklərin baş verdiyi müşahidə olundu. Amerikada bir sıra siyasi partiya və hərəkat fəaliyyət göstərsə də siyasi isteblişmenti əsasən iki düşərgə təmsil edir ki, bunlardan da biri respublikaçılar, digəri isə demokratlar partiyasıdır.

AZƏRTAC xəbər verir ki, ABŞ mətbuatında respublikaçılar, hətta, “müharibə partiyası” da adlandırılır.

Vyetnam müharibəsi, İraqa, Əfqanıstana müdaxilə məhz respublikaçı prezidentin ölkəyə rəhbərliyi dövründə baş verib. Siyasi təhlilçilər bunu respublikaçıların ABŞ-ın hərbi-sənaye kompleksində fəaliyyət göstərən iri korporasiyalarla əlaqədə olmasında görürlər. Silah istehsalı, ixracı və satışı bu şirkətlərin monopoliyasındadır və milyardlarla dollar qazanırlar. Demokratlar bir neçə dəfə ABŞ-da açıq silah satışını qadağan etməyə çalışsalar da, buna nail ola bilməyiblər. ABŞ-da hər evdə silahın olması heç kimə sirr deyil. Demokratlar isə daha çox “yumşaq gücə” istinad edərək ölkədə liberal iqtisadiyyatı inkişaf etdirməyə və dünyada insan hüquqlarını, mətbuat, vicdan azadlığı kimi dəyərləri dəstəkləməyə üstünlük verirlər.

Prezident D. Tramp respublikaçıları təmsil etsə də onun siyasətinin əsas vektorunu ABŞ-ın iqtisadi maraqlarını qorumaq və gücünü dünyaya nümayiş etdirmək təşkil edir. Onun daxildə miqrantlara qarşı siyasəti ilə dünyada münaqişə və müharibələri dayandırmaq istiqamətindəki səyləri bir birini tamamlayır.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə miqrantlar hər il 10 milyard dollardan artıq vəsaiti ölkədən çıxarırlar ki, bu da iqtisadiyyata zərbə vurur. Onların iştirakı ilə korrupsiya əməlləri daha da genişlənir. COVID-19 zamanı Minnepolis ştatında 1 milyard dollardan çox büdcə vəsaitinin sığorta şirkətləri tərəfindən oğurlanması buna sübutdur.

Xarici siyasətdə isə D. Tramp bir tərəfdən gücə, digər tərəfdən isə sabitlik və iqtisadi əməkdaşlığa üstünlük verir. ABŞ Prezidentinin Sülh Şurası yaradaraq dünyanın ən qədim və ən kəskin xarakter daşıyan Fələstin problemini həll etməyə çalışması da buna sübutdur. D. Tramp həm respublikaçılar, həm də demokratların siyasi xəttini birləşdirərək sintez olunan yeni siyasi xətt yürüdür.

Azərbaycan-ABŞ əlaqələrinin son illər korlanmasının səbəbi demokrat Cozef Baydenin demokratik oyunlarında idi. Heç bir reallığı, geosiyasi vəziyyəti nəzərə almadan azadlığı “gözə soxan” C. Bayden ABŞ-ın siyasi tarixində ən “fərasətsiz prezident” kimi qalacaq. Lakin D. Tramp bütün reallıqları nəzərə almaqla konfrontasiya xətti deyil, kompromis xətti tutur və son dövrlər iki ölkə arasındakı əlaqələrin yaxınlaşmasına da bu prizmadan yanaşmaq lazımdır.

ABŞ ordusunun Avropadakı kontingentinin komandanı, istefada olan general-polkovnik Ben Hadjes bildirib ki, hazırda Ağ Ev administrasiyasının məqsədi dünyanın müxtəlif regionlarındakı resurslara çıxış əldə etməkdən ibarətdir. ABŞ-ın Zəngəzur dəhlizinə maraq göstərərək, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına çalışaraq regionda dayanıqlı sülh yaratmaq istəyi təsadüfi xarakter daşımır. İqtisadi əməkdaşlıq, tranzit və nəqliyyat sahəsində birgə fəaliyyət mütləq sabitlik tələb edir. Sabitlik olmayan regiona heç bir dövlət və ya şirkət sərmayə yatırıb işə başlamaz.

Ümumdünya Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşən D. Tramp regiona böyük maraq göstərdiyini bildirib. Cənubi Qafqaza nüfuz edərək geosiyasi üstünlüyü əldə saxlamağa çalışan ABŞ-ın məhz Azərbaycan ilə strateji əməkdaşlıq əlaqələri qurmaq niyyəti də təsadüfi deyil. Azərbaycanın sülh siyasəti və regionda həyata keçirdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri tək Amerikanın deyil, bütün dünyanın diqqətini çəkir. Azərbaycan Prezidentinin Sülh Şurasına dəvət edilməsi rəsmi Bakının həyata keçirdiyi iqtisadi əməkdaşlıq, dayanıqlı sülh və müttəfiqlik istiqamətində atdığı addımları ilə əlaqədardır. Azərbaycanın iqtisadi və hərbi gücü, qarşılıqlı faydalı əməkdaşlığı açıq tutan siyasi xətti onun qlobal siyasi problemlərin həllində rol almasını şərtləndirir ki, Prezident D. Tramp da bunu yüksək qiymətləndirir.

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin fevralda regiona gözlənilən səfərinin də məhz Azərbaycandan başlaması təsadüfi deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Zəngəzur dəhlizinin müəllifi rəsmi Bakıdır. Yolun çəkilişini də həyata keçirən Azərbaycan hökumətidir və layihənin həyata vəsiqə alması üçün həm siyasi, həm də iqtisadi problemləri həll edib. ABŞ Prezidentindən sonra dünyanın ən qüdrətli dövlətinin ikinci şəxsinin Azərbaycana səfəri tanışlıq xarakteri daşıyır ki, bu da Azərbaycan üçün əlverişli məqamdır. Əvvəla Azərbaycan Prezidentinin yüksək beynəlxalq tribunalardan səsləndirdiyi reallıqlarla Cey Di Vens şəxsən tanış olacaq. Səfərdə sonra dəhlizin tamamlanması üçün texniki və təhlükəsizlik dəstəyinin də ABŞ tərəfindən təmin olunacağını, eləcə də sərmayə yatıracağını da istisna etmək olmaz. Beləliklə, Azərbaycan postneft dövrünə tranzit imkanları ilə beynəlxalq ticarətdə aparıcı ölkə olaraq gələcək inkişafını ABŞ kimi super güc ilə əməkdaşlıqla təmin edir. Digər tərəfdən artıq Azərbaycan qlobal siyasətin sadəcə subyekti deyil, fəal aktoruna çevrilir və bu transformasiya Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra daha da sürətlənəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əfv Sərəncamı Naxçıvanda icra olundu - iki Türkiyə vətəndaşı azadlığa buraxıldı

Dörd universitet mühəndislik təhsili üzrə əməkdaşlıq edəcək

Əfv sərəncamı 2 və 17 saylı cəzaçəkmə müəssisələrində 4 nəfərə şamil olunub

Bakı Təhlükəsizlik Forumu Azərbaycanın beynəlxalq təhlükəsizlik diplomatiyasındakı rolunu gücləndirir - ŞƏRH

Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib

ADPU əməkdaşları üçün strateji kommunikasiya mövzusunda təlim təşkil olunub

Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib

MİDA 13 qeyri-yaşayış obyekti və onlara aid zirzəmi sahələrini satışa çıxarır

Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib

“İnnovativ məktəb” layihəsi çərçivəsində 43 müəllim təlimə cəlb olunub

Təhlükəsizlik Forumu: Prezident İlham Əliyevin təşəbbüsləri qlobal təhdidlərin qarşısının alınmasına yönəlib

Əfv sərəncamının icrasına başlanılıb

Kəngərlidə avtomobil aşıb: ər-arvad xəsarət aldı, körpələri həyatını itirdi

Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır

Folklor İnstitutunun əməkdaşı Özbəkistanda keçirilən konfransda məruzə edib

Yaşlılarda əzələ zəifliyinin yeni səbəbi aşkarlanıb

Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib

“Çinin düyü mədəniyyəti” - seminar

Meksikalı pilot: Bakıdakı yarış üçün ümidliyəm

Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır

Hacıqabulda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” müzakirə olunub

Azərbaycan startapı Özbəkistan və Türkiyə bazarlarında işə başlamağı planlaşdırır

Corc Rassel: Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik

Oskar Piastri: Ümid edirəm ki, bu dəfə Bakıdakı yarış bizim üçün daha yaxşı keçər

İki tarix arasındakı reallıq: müharibədən sülh gündəliyinə gedən yol ŞƏRH

Ekspert: Süni intellekt təhsildə müəllim və şagirdlərin imkanlarını genişləndirə bilər

Ev şəraitində konservləşdirilən qidalar nə qədər təhlükəsizdir və bu zaman nələr nəzərə alınmalıdır?

Tailandlı pilot: Bakı trası bizim bolidə uyğundur

Şarl Lekler: Bakı trasında yarışmaqdan zövq alıram

“Valensiya”nın yeni baş məşqçisi məlum olub

Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub

“Red Bull”un pilotu: Bakıda əlimizdən gələnin ən yaxşısını etmək istəyirik

“Qazıməmməd Qazax” magistral qaz kəmərinin 69 kilometrlik hissəsi təmir ediləcək

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

ADA Universitetində “Sənət inciləri” adlı mühazirə-konsert təşkil olunub

Azərbaycan və IEC enerji sahəsində standartlaşdırma üzrə əməkdaşlığı dəyərləndirib

Buxarestdə Şərqi Avropanın qlobal ticarət marşrutlarındakı rolu müzakirə olunur

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27,9 faiz artıb

"Turan Tovuz" - "Fənərbağça" oyununa 12 mindən artıq bilet satılıb

Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək

Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib VİDEO

Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib VİDEO

Azərbaycanda dağ-mədən sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyub - ŞƏRH

Beynəlxalq Elektrotexniki Komissiya Azərbaycanla innovativ sahələrdə əməkdaşlığın gücləndirilməsində maraqlıdır

İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib

Azərbaycan Tbilisidə keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur

Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb

İntizam Komitəsi “İmişli”nin futbolçusuna 4 oyunluq cəza verib

Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır

“Cadillac” komandasının rəhbəri: Azərbaycan Qran-Prisi cəmi 10 il ərzində Formula 1 təqvimində özünəməxsus yer tutub

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Arpa məbədi

Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Ahıl şəxslər üçün “Qala” qoruğuna ekskursiya təşkil olunub

Çin-Avropa ticarətində yeni logistika modelində Azərbaycan sürətli TIR marşrutlarının əsas halqalarından birinə çevrilir

Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək

Səkkiz ayda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114,7 milyon manat olub

Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb

® “Azerbazalt” və “Isometric” Cənubi Qafqazda ERW üzrə ilk beynəlxalq karbon sertifikatlaşdırma layihəsinə başlayıb

“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir

Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır

Aslan Kərimov: Tacikistanla yoldaşlıq oyunu Millətlər Liqasına hazırlıq baxımından əhəmiyyətlidir

İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb

İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək

Qızıl və qeyri-qızıl yataqlarının istismarı qeyri-neft ixracını genişləndirəcək - ŞƏRH

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib

BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək

Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”

Qarabağdakı alban abidələrinin tarixi və maddi-mədəni irsi AMEA-da araşdırılıb

Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb

Azərbaycanın regional strateji əhəmiyyətli minerallar emalı mərkəzi kimi formalaşması imkanları araşdırılacaq

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib

ƏƏSMN-in elektron xidmətlərindən istifadə göstəriciləri açıqlanıb

Rusiya mediası: Vyaçeslav Volodin Dövlət Dumasının sədri vəzifəsində qala bilər

Daşkəsən dəmir filizi yataqlarında prioritet sahələr üzrə geoloji kəşfiyyat proqramı hazırlanacaq

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib

“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır

Şərurda yol qəzası zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər xilas edilib

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Səməd Vurğunun qızı: Onun vaxtından tez qocalması məni kədərləndirirdi

Azərbaycanda illik 2 milyon ton İsti Briketlənmiş Dəmir istehsal gücü yaradılacaq

BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər

Dağ-mədən və metallurgiya sənayesində elmi potensialın artırılması dəstəklənəcək

ADNSU-da “Boota Green Talent Academy”nin payız proqramı başlayıb

Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir VİDEO

Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir VİDEO

“Abituriyent” jurnalının 11-ci nömrəsi nəşr edilib

Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub