AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDUNDA MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Fondun xərclərinin böyük hissəsi - 40,4 milyon manatı qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, 41 milyon manatı Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsində Azərbaycanın payının maliyyələşdirilməsinə yönəldilmiş, 150 milyon manat isə dövlət büdcəsinə transfer edilmişdir.
Ötən il Dövlət Neft Fondunun büdcədənkənar xərcləri və ödənişləri 91,9 milyon manat, o cümlədən Fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı xərclər 88,4 milyon manat, dövlət büdcəsinə köçürülmüş mənfəət vergisi isə 3,5 milyon manat olmuşdur.
2005-ci ildə Fondun vəsaitlərinin idarə edilməsi üzrə gəlirlilik - hesabat valyutası üzrə (manat) – 5,69 faizə, baza valyutası üzrə (ABŞ dolları) isə 2,79 faizə çatmışdır.
2006-cı il yanvarın 1-ə olan məlumata görə, ARDNF-in aktivləri 1 280,4 milyon manat təşkil etmişdir.
S.Şərifov demişdir ki, cari ildə Neft Fondunun xərcləri gəlirlərindən artıq, büdcə kəsiri 200 milyon dollar olacaqdır. Bu, ölkə iqtisadiyyatının sürətlə inkişafına, əhalinin rifah halının yüksəldilməsinə yönəldiləcək xərclərin artırılması ilə əlaqədardır. 2006-cı ildə yaradılması nəzərdə tutulmuş Dövlət Sərmayə komitəsinin nizamnamə kapitalının formalaşdırılmasına 90 milyon manat, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsində Azərbaycanın payının maliyyələşdirilməsinə 38 milyon manat, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılmasına 551milyon manat (köhnə manat), Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə 90 milyon manat, Samux-Abşeron kanalının inşasına isə 37 milyon manat sərf olunacaqdır. Neft fondu bu il 2 trilyon 925 milyon manat (köhnə manat) transfer edəcəkdir.