Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikasının multikulturalizm siyasəti ölkədaxili sabitliyin qarantıdır

Azərbaycan Respublikasının multikulturalizm siyasəti ölkədaxili sabitliyin qarantıdır

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 3-də və 10-da Gəncədə baş vermiş hadisələri Azərbaycana düşmən olan qüvvələr dini etiqad azadlığı uğrunda mübarizə kimi qələmə verməyə çalışır. Lakin əslində bu hadisələr öz mahiyyəti etibarı ilə din qiyafəsi altında radikal yönümlü bir qrup tərəfindən həyata keçirilən terrordur.

Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi və bu ilin əhəmiyyətini vurğulayan müxtəlif tədbirlərin keçirilməsi, xüsusən Milli Ordumuzun 100 illiyinin möhtəşəm paradla qeyd edilməsi fonunda Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmuş Gəncədə məlum son hadisələrin yaşanması hər bir vətənpərvər azərbaycanlının qəlbində dərin təəssüf hissi doğurur. Lakin əminliklə demək olar ki, xalqımız bu dəfə də tarixi sınaqdan üzüağ çıxdı, ölkə rəhbərinin ətrafında sıx birləşərək dünyəvi və demokratik dəyərlərə sadiqliyini nümayiş etdirdi, xaricdən sırınan yad dini ideologiyalara ikrah hissi ilə yanaşdığını göstərdi. Təəssüf ki, dünyəvi dövlətçiliyimizin, ictimai-siyasi sabitliyimizin və ələlxüsus qanunun aliliyinin təmin olunması uğrunda aparılan bu mübarizə qurbansız ötüşmədi, şəhid verdik.

AZƏRTAC Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun “Azərbaycan Respublikasının multikulturalizm siyasəti ölkədaxili sabitliyin qarantıdır” adlı məqaləsini təqdim edir.

Gəncə hadisələrini təhlil etdikdə qarşımıza çıxan mənzərə aydın şəkildə göstərir ki, din amilindən sui-istifadə edən ekstremist qüvvələr ənənəvi milli mənəvi dəyərlərimizə sadiq qalan dindarların dəstəyini qazana bilmədilər, əksinə, onların qınağına tuş gəldilər. Çünki dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində qurulan ölkəmizdə dindarlara daim dövlət tərəfindən diqqət və qayğı göstərilir. Buna Gəncə şəhərində yaşayan dindarlar da şahiddir. Belə ki, Prezident İlham Əliyevin göstərişi ilə Gəncədəki İmamzadə ziyarətgah kompleksinin yenidən qurulması, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə Şah Abbas Cümə və Həzrət Zeynəb məscidlərinin təmir və bərpa olunması, ibadət yerlərinin pulsuz təbii qazla təmin edilməsi, dini icmalara maliyyə yardımının göstərilməsi deyilənlərə əyani sübutdur. Qeyd edək ki, hazırda Gəncə şəhərində təyinatı üzrə altı məscid və bir ziyarətgah kompleksi fəaliyyət göstərir. Həmin ibadət yerlərinə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi din xadimləri təyin edilib və onlara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə maddi dəstək verilir. Dövlətimizin gördüyü bu işləri həqiqi və saf dini dəyərləri yaşayan dindarlarımız yüksək səviyyədə qiymətləndirir, Azərbaycan hökumətinin həyata keçirdiyi tolerant və multikultural siyasəti dəstəkləyirlər.

Lakin təəssüf ki, Gəncədə ölkədəki mövcud etiqad azadlığından sui-istifadə edən, xaricdən idarə olunan azsaylı radikal dini qrup da var ki, rəsmi din xadimlərini qəbul etmir, məscidlərə gəlmir, mötədil dindarlarla eyni səfdə ibadət etmək istəmir. Həmin qrupun mənsubları şəhərdə müxtəlif vaxtlarda təxribatlar törədərək ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Araşdırmalar göstərir ki, xarici qüvvələrin və onların yerlərdəki əlaltılarının məqsədi Azərbaycanda dünyəvi sistemi dəyişərək şəriət prinsipləri ilə idarə olunan dövlət qurmaqdır. İğtişaşlar törətmək, cəmiyyəti xaos və hərc-mərcliyə sürükləmək, dövlət orqanlarının nümayəndələrinə qarşı zorakılıq tətbiq etmək onların əsas mübarizə metodlarındandır. Buna misal olaraq, həmin qrupun üzvləri tərəfindən Gəncədə 2011-2012-ci illərdə qanunsuz küçə yürüşləri təşkil etmək yolu ilə ictimai asayişi pozmaları, 2015-ci ildə Aşura mərasimi zamanı hüquq-mühafizə orqanlarına hücum çəkmələri və analoji hadisənin ötən il Tasua axşamı İmamzadə ziyarətgahında təkrarlanması göstərilə bilər.

Əslində, bu radikal qrupun fəaliyyəti 2015-cı ilin noyabrında Nardaranda terror hadisəsi törədən qeyri-qanuni Müsəlman Birliyi Hərəkatının fəaliyyəti fonunda dəyərləndirilməlidir. Belə ki, məlumatlara görə, həmin terror hadisəsi ilə əlaqədar Gəncə şəhərində 11 nəfər barədə cinayət işi qaldırılıb, onlardan beş nəfəri həbs olunub. Bununla yanaşı, Gəncədəki sözügedən ekstremist dini qrupun üzvləri arasında Müsəlman Birliyi Hərəkatının ifrat ideyalarına bağlılıq və liderlərinə rəğbət hissi 2018-ci il iyulun 3-də Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərov tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı həyata keçirilən sui-qəsddə də özünü göstərdi. Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında göstərildiyi kimi, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. O, bu məqsədini həyata keçirmək üçün Müsəlman Birliyi Hərəkatı adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb və onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərib.

Məlum olduğu kimi, terror öz tələblərinə nail olmaq məqsədilə qarşı tərəfdə qorxu hissinin yayılmasına yönələn və məqsədyönlü şəkildə həyata keçirilən zorakılıq aktıdır. Lakin Azərbaycanda xaos və hərc-mərcliyin yaranmasında maraqlı olan xaricdəki və daxildəki qüvvələr Y.Səfərovun dövlət nümayəndəsinə qarşı törətdiyi terror əməlini tam başqa ampluada təqdim edərək buna qəhrəmanlıq donu geyindirib öz təxribatçı planlarını həyata keçirmək üçün bir fürsət bildilər. Həmin qüvvələr geniş xalq kütlələrini Azərbaycan hakimiyyətinə qarşı qaldırmaq məqsədilə sosial şəbəkələrdə bu cinayət əməlinə “Yunis hərəkatı”, “Yunis müqaviməti” adları qoydular. Diqqətçəkən məqam ondan ibarətdir ki, xaricdə siyasi sığınacaq almış, özlərini Avropa dəyərlərinin müdafiəçiləri və liberal düşərgənin təmsilçiləri kimi təqdim edən bəzi qruplar, habelə erməni və digər dövlətlərin xüsusi xidmət orqanları ilə işbirliyi quran separatçı dairələr Gəncədəki hadisədən öz maraqları naminə istifadə etməyə cəhd göstərdilər. Onlar bəyan etdikləri demokratik prinsiplərə xilaf çıxaraq radikal dini baxışlarına görə cinayət törətmiş Y.Səfərovun guya pozulmuş hüquqları uğrunda dəstək kampaniyasına start verərək əhalini hakimiyyətə qarşı qaldırmağa çalışdılar. Azərbaycan xalqına öz mənfur separatçı əməlləri ilə yaxşı məlum olan Ələkrəm Hümbətovun Hollandiyada Yunis Səfərovun İctimai Müdafiə Komitəsini yaratması, Ermənistandan yayımlanan separatçı verilişlərin müəllifi Zabil Məhərrəmovun, yaxud özünü Kanada Radikal Hərəkatının rəhbəri kimi təqdim edən Sahib Teymurovun provokasiya mahiyyətli videomüraciətləri bunun əyani sübutudur. Sadalanan faktlar bir daha Qərbdə özlərini “siyasi mühacir” kimi qələmə verənlərin iç üzünü göstərdi. Onlar “məqsədə çatmaq üçün hər vasitə məqbuldur” prinsipi ilə hərəkət edərək Azərbaycan hakimiyyətinin devrilməsi naminə terrorçu ünsürlərlə belə işbirliyi qurmağa hazırdırlar.

Vətəndaşlarımız dövlətimizin sütunlarının yıxılmasına yönələn bütün bu səylərin əsl mahiyyətini siyasi müdrikliklə sezərək birmənalı şəkildə təxribatçı çağırışları rədd etdi. Əsl vətəndaşlıq mövqeyi sərgiləyən Gəncə sakinləri polis zabitlərindən birinin qətlində şübhəli bilinən Fərrux Xəqani oğlu Qasımovun tutularaq istintaqa təhvil verilməsində yaxından kömək göstəriblər. Digər qatil isə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən məhv edildi.

Xaricdən idarə olunan ekstremistlərin Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə qarşı törətdikləri bu cinayət, bu terror aktı iqtidar- xalq birliyinin gücü ilə yatırıldı. Onların iqtidar-xalq birliyinin dağıdılmasına, ölkədə vətəndaş qarşıdurmasına yönəlmiş cəhdləri puça çıxdı. Bu, gözlənilən və qanunauyğun bir sonluq idi. Başqa cür ola bilməzdi, çünki müdrik Azərbaycan xalqı ötən əsrin 90-cı illərinin əvvəllərində yaşadığı acı təcrübədən, həmçinin müasir dövrdə Yaxın Şərq, Şimali Afrika və dünyanın digər ölkələrində baş verən hərbi münaqişələrdən sabitliyin, əmin-amanlığın əhəmiyyətini yaxşı dərk edir. Azərbaycan xalqının dövlətçiliyimizin müdafiəsinə qalxması bir daha onu sübut etdi ki, o, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla aparılan daxili və xarici siyasət nəticəsində sabitlik adasına çevrilmiş Azərbaycanı canı və qanı bahasına müdafiə edəcək.

Özlərini din təəssübkeşləri kimi təqdim edən Gəncə hadisələrində iştirak edən ekstremist qüvvələr öz çirkin əməllərini həyata keçirərkən cəmiyyətin bütün təbəqələrinin, o cümlədən dini və etnik konfessiyaların nümayəndələrinin etirazı ilə üzləşdilər. Onların dini etiqad azadlığı uğrunda mübarizə apardıqları iddiası gerçəkliyə uyğun deyil.

Azərbaycanda dini etiqad azadlığı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla aparılan multikulturalizm siyasəti vasitəsilə təmin olunur. Məlum olduğu kimi, bu siyasət azərbaycançılığın tərkib hissəsi kimi olaraq cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasətdir. Multikulturalizm siyasəti qeyd olunan müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasına yönəlib. Multikulturalizm siyasətinin əsas təzahür formalarından biri dünyada mütərəqqi model hesab olunan Azərbaycandakı dövlət-din modelidir.

Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının əsas göstəricilərindən biri ölkə vətəndaşlarının dini etiqad azadlığının təmin edilməsidir. Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmin olunması demokratik inkişaf yolu seçib, yaratdığı multikultural mühitlə və tolerantlığı ilə dünya ölkələri arasında seçilən Azərbaycan Respublikasının daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan dövləti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi yanaşır. Ölkə vətəndaşlarının dini etiqad azadlığı Azərbaycan Respublikası Konstitusiyasına, “Dini etiqad azadlığı haqqında” Qanuna və ölkəmizin digər normativ hüquqi aktlarına əsaslanır.

Azərbaycanda dini etiqad azadlığı tam şəkildə təmin edilib. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin (“Bərabərlik hüququ”) 3-cü bəndinə əsasən, “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. Konstitusiyasının 48-ci maddəsinin (“Vicdan azadlığı”) 1-ci və 2-ci bəndlərində isə qeyd olunub: “Hər kəsin vicdan azadlığı vardır”, “Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”.

“Dini etiqad azadlığı haqqında” Qanunun 1-ci maddəsində (“Dini etiqad azadlığı”) qeyd olunub: “Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır”.

Azərbaycan Respublikasında dini etiqad azadlığının təmin edilməsi ilə bağ¬lı Prezident İlham Əliyev 2014-cü ilin dekabrında Bakıda Hey¬dər məscidinin açılışında qeyd edib ki, “Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir. Bu da hesab edirəm ki, bizim ümu¬mi inkişafımızda çox böyük əhəmiyyətə malik olan bir sahədir. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir”.

Beləliklə, Azərbaycan Respublikasında dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara malikdir. Eyni zamanda, dövlətimiz dini etiqad azadlığının təmin olunması sahəsində böyük işlər görür. Lakin radikal ekstremist qruplaşmalar öz çirkin əməlləri ilə buna kölgə salmağa çalışır, həmçinin ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhdlər edirlər. Belə cəhdlərin qarşısı həmişə qətiyyətlə alınmış və gələcəkdə də alınacaq. Təəssüf ki, bu pozucu ünsürlərin Gəncədə törətdikləri cinayət əməlləri itkisiz ötüşmədi. Sözügedən hadisələr zamanı qəhrəmancasına şəhid olmuş polis zabitlərinə - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyevə və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasova Uca Yaradandan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə şəfa diləyirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Deputat: Məktəblərdə vahid geyimin tətbiqi beynəlxalq təcrübədə geniş tətbiq olunur

Türk Strateji Düşüncə Mərkəzinin rəhbəri: Hər gəlişimdə Azərbaycanı daha da inkişaf etmiş görürəm

AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub

Təklif olunan dəyişikliklər şagirdlər və pedaqoji heyət üçün vahid yanaşmanın formalaşdırılmasına xidmət edir

Nazir müşaviri: Dayanıqlı İnkişaf Məqsədlərinin yalnız 17 faizi üzrə hədəflərə nail olunması plan üzrə irəliləyir

Dünyanın beş varlı insanı bir gün ərzində sərvətlərinə 336 milyard dollar əlavə edib

Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılmasına dair kitabın təqdimatı olub

SOCAR və IPA layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsini nəzərdən keçirib

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb

Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start görürəcək

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Fariz İsmayılzadə: Məqsəd dünyada tətbiq olunan ən müasir təcrübəni Azərbaycana gətirməkdir

İlham Bayramov: Qarabağ iqtisadi rayonu üzrə planlaşdırılan suvarma suyunun 62,7 faizi dənli və yem bitkilərinə yönəldiləcək

“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb

® Prezidentin regionların inkişafı çağırışına dəstək: “Prime Cotton” baş ofisini Mingəçevirə köçürür

“Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti haqqında” 1-məktəbdənkənar təhsil №-li illik rəsmi stаtistikа hеsаbаtı fоrmаsı və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Şamaxıda 200-ə yaxın sahibkar istehlakçı hüquqları mövzusunda maarifləndirilib

Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək

480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur

® ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur

Şəkidə yaş barama tədarükünə başlanılıb

Qubada superintensiv meyvə bağlarının sahəsinin 18 min 500 hektara çatdırılması planlaşdırılır

Rizvan Nəbiyev: Nifrət ideologiyasının dərsliklər vasitəsilə aşılanması gələcək nəsillərə ciddi təsir göstərir

Qazaxıstan 2030-cu ilədək dəmir yolu tranzitinin həcmini ikiqat artırmaq niyyətindədir

Lənkəranda çəltik və çay istehsalının artırılması idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq

BDU-da yaz imtahan sessiyası davam edir

İsrail İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumun son anda dayandırıldığını açıqlayıb

Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilir

Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur

Nasar Hayat: Azərbaycan yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm nailiyyətlər əldə edib

22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır

Quba, Siyəzən, Abşeron və Xızı dəmyə əkinçiliyi rayonlarının sırasına daxil edilib

Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

Brüssel Vaşinqtonun Avropanı Ukrayna danışıqlarından kənarda saxlayacağından qorxur

Nazir müavini: Buğda istehsalının inkişafı üzrə 8 perspektiv rayon müəyyən edilib

Astarada vətəndaşlara hüquqi yardım aksiyası təşkil edilib

2030-cu ilə qədər müasir suvarma sistemləri quraşdırılmış sahələrin 300 min hektara çatdırılması proqnozlaşdırılır

Tunis millisinə yeni baş məşqçi təyin olunub

“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib

FAO: Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsində özəl kapitalın rolu artırılmalıdır

Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib

Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb

Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qars şəhərində rəsmi səfərdə olub

Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb

“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb

Zaur Əliyev: Buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib, Ağcabədi, Ağdam, Bərdə və Tərtər də bu siyahıdadır

Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü

Məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi diqqət mərkəzindədir

Bu saata olan əsas xəbərlər

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

Ahıllar evinin sakinləri beynəlxalq festivalda ikinci yerə çıxıblar

Nazir müavini: Dövlət Proqramı konkret hədəflərə, icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanır

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssisləri Türkiyə təcrübəsini öyrəniblər

Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək

ADSEA rəsmisi: Qarşımızda duran ən böyük çağırışlardan biri mövcud ehtiyatlara uyğun əkin strukturunun yaradılmasıdır

Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb

Zaur Mikayılov: Şimal və şimal-şərq bölgələrinin su təminatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr icra olunur

Qanunvericiliyin təkmilləşdirilməsi daha təhlükəsiz rəqəmsal mühitin formalaşmasına töhfə verə bilər – RƏY

Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər

Zaur Əliyev: Yeni Dövlət Proqramı aqrar transformasiyanın əsas yol xəritəsidir

Natiq Məmmədli: Azərbaycan mediası yeni çağırışlara daha çevik reaksiya verəcək

Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib

İlhamə Qədimova: Yeni Dövlət Proqramında buğda istehsalı üzrə 22 rayon hədəf olaraq müəyyən edilib

Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar

SESRIC rəhbəri: Halal iqtisadiyyatda standart fərqləri və məlumat çatışmazlığı əsas çağırışlardandır

Böyük Britaniyada yerli seçkilərdə namizəd olan azərbaycanlı: İlk seçki təcrübəm mənim üçün dəyərli dərs oldu

DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib

Seymur Səfərli: 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması hədəflənir

Danimarka hərracından alınan Bakı təsvirli unikal əsər geniş ictimaiyyətə təqdim edilib

Nazir müavini: Məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir

Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar

“Divlər sarayı”nın izi ilə: Azıx qəbiləsindən alp babalarımıza uzanan yol

Ekoloqlar: İqlim böhranına davam gətirə biləcək təqribən 166 min kvadratkilometr mərcan rifləri mövcuddur

Şahmar Mövsümov: Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb

Ötən həftə 51 mina və 497 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Güləş Federasiyasında yeni komitə yaradılıb

Fazil Novruzov: Yeni reallıqlar informasiya siyasətinə yeni yanaşma tələb edir

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcək

Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub

Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər

Natiq Əmirov: Aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının əsas hədəfi ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır

DÇ-2026-nın ilk altı günündə Qətər mundialından daha çox avtoqol qeydə alınıb

Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilir VİDEO

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilir VİDEO

HDC rəsmisi: Halal iqtisadiyyat KOB-lar üçün inkişaf və təkmilləşmə aləti kimi çıxış edir

ABŞ-nin dəniz blokadasını aradan qaldırmasından sonra İranın beş gəmisi Hörmüz boğazından keçib

® “AzInTelecom” 73 mindən çox saxta IMEI kodu bloklayıb

Qanunsuz balıq ovu ilə bağlı 15 inzibati protokol tərtib edilib, 1 fakt üzrə cinayət işi açılıb

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunur VİDEO

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunur VİDEO

Ameen Alsaadi: Dayanıqlı halal biznes modellərinin formalaşdırılmasında güclü idarəetmə və etik prinsiplər əsas rol oynayır

Dövlət Komitəsi sədrinin Lerikdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Birinci rübdə Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyanın həcmi açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak edəcək namizədlərin nəzərinə

“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur

Zahid Oruc: Yaradılacaq yeni qurum media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq