SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 2001-ci il 9 avqust tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti qərara almışdır ki, əhalinin məşğulluğu baxımından üstün inkişaf etdirilən regionlar aşağıdakı kimi müəyyən edilsin:
işğaldan azad edilmiş regionlar;
dəniz səviyyəsindən 1500 metrdən yüksəklikdə yerləşən dağlıq rayonlar;
Naxçıvan Muxtar Respublikası;
məskunlaşmamış qaçqın və məcburi köçkünlərin sıx yerləşdiyi rayonlar (Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Sabirabad, Tərtər, Füzuli, Xanlar) və Naftalan şəhəri.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu qərar barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.