AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Fərəhli hadisə, Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə İndoneziya Respublikasının hökuməti və xalqı adından Zati-alinizə böyük ehtiramla səmimi təbriklərimi bildirirəm.
Fürsətdən istifadə edib Sizi əmin edirəm ki, ölkələrimiz arasında yaranan əməkdaşlıq inkişaf edəcək, gələcəkdə daha böyük nailiyyətlər əldə etmək üçün birgə səylərimiz davam edəcəkdir.
Azərbaycan Hökumətinə və xalqına ən xoş arzularımı bildirir, Zati-alinizə böyük ehtiram bəslədiyimə əmin olmağınızı bir daha xahiş edirəm.
Sosilo Banmbanq Yudhoyono
İndoneziya Respublikasının Prezidenti