Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
Astana, 13 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artıb.
AZƏRTAC Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasında nəqliyyat nazirinin müavini Maksat Kaliakparov məlumat verib.
Doqquz ay ərzində dəmir yolu nəqliyyatı ilə 241,7 milyon ton yük daşınıb. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur. Avtomobil nəqliyyatı ilə isə 270,4 milyon ton yük daşınıb ki, bu da 5,6 faizlik artım deməkdir.
Nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində yeni avtomobil yolu layihələri üzrə işlərə başlanılıb. Bu layihələrə, o cümlədən Aktöbe–Qızılorda və Beyneu–Sekseul istiqamətləri daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]