AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına öz adımdan, Avstraliya Hökuməti və xalqı adından ən səmimi arzularımı yetirirəm.
Hazırda ticarət əlaqələrimiz məhdud olsa da, ümidvar olduğumu bildirirəm ki, iqtisadi və ticarət, xüsusilə də kənd təsərrüfatı və enerji sahəsində ikitərəfli əlaqələrimizi möhkəmləndirmək üçün birlikdə çalışa bilərik.
İzn verin, əmin olduğumu bildirim ki, ölkələrimiz arasında mövcud dostluq münasibətləri qarşıdakı illərdə də inkişaf edəcəkdir.
Zati-aliləri, şəxsi təbriklərimi qəbul etməyinizi və Sizə ən yüksək ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.
Səmimiyyətlə,
Mişel Ceffri
Avstraliyanın general-qubernatoru