AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Bosniya və Herseqovinanın rəhbərliyi adından və şəxsən öz adımdan Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaq, xalqınıza hərtərəfli tərəqqi və sülh arzulamaq, habelə Sizə öz işinizdə uğurlar diləməkdən böyük məmnuniyyət və qürur duyuram.
Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin və əməkdaşlığın xalqlarımızın rifahı, dünyada sülh və sabitlik naminə daha da inkişaf edəcəyinə səmimi inamımı ifadə etmək istəyirəm.
Zati-aliləri, xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edəsiniz.
Nebojsa Radmanoviç,
Bosniya və Herseqovinanın Prezidenti