Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ İLHAM HEYDƏR OĞLU ƏLİYEVƏ

Əziz və möhtərəm cənab Prezident!

Sizi Azərbaycan Respublikasının dövlət müstəqilliyi günü münasibətilə Milli Məclisin deputatları adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, xalqımızın xoşbəxt gələcəyi naminə həyata keçirdiyiniz işlərdə Sizə yeni nailiyyətlər arzulayıram!

İstiqlaliyyətimizin 14 ili ərzində keçdiyimiz yola nəzər yetirərkən, xalqımızın müstəqil dövlətini qurmaq və yaşatmaq uğrunda apardığı mübarizəni, siyasi varlığını qoruyub saxlamaq üçün qatlaşdığı məhrumiyyətləri, qazandığı nailiyyətləri bir daha yada salırıq. Bütün həyatını müstəqil Azərbaycan dövlətinin qurulmasına, möhkəmlənməsinə və inkişafına həsr etmiş, XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin ilhamvericisi və təşkilatçısı olmuş ulu öndərimiz Heydər Əliyevin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini minnətdarlıq hissi ilə xatırlayırıq. Ümummilli liderimizin altmış illik siyasi və dövlətçilik fəaliyyəti Azərbaycan xalqının əsrlər boyu ürəyində yaşatdığı müstəqil dövlətçilik arzusunun gerçəkliyə çevrilməsində müstəsna rol oynamışdır.

1969-1982-ci illərdə Heydər Əliyevin dahiyanə idarəçilik qabiliyyəti, strateji təfəkkürü və uzaqgörənliyi sayəsində Azərbaycan əsrə bərabər inkişaf yolu qət edərək, keçmiş İttifaqın qabaqcıl respublikaları sırasına çıxdı. Bu illər tariximizə siyasi, iqtisadi, sosial, mədəni yüksəliş dövrü kimi daxil olaraq, xalqımızın milli mənlik şüurunun oyanışına, dövlətçilik təfəkkürünün formalaşmasına güclü təkan verdi. İmperiya tərkibində olmağımıza baxmayaraq, məhz həmin dövrdə Azərbaycanın gələcək siyasi və dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradıldı.

1993-cü il iyun ayının 15-də xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin əzmkarlığı və müdrikliyi uçurumun bir addımlığında dayanan Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Ölkəmizin müstəqilliyi əbədi, dönməz və sarsılmaz oldu.

Ümummilli liderimizin həyatı və fəaliyyəti doğma xalqına sədaqətlə xidmət etmək, onun yolunda hər cür fədakarlığa hazır olmaq timsalına çevrilmişdir. Onun rəhbərliyi ilə cəmiyyət və dövlət həyatının bütün sahələrində həyata keçirilən əsaslı siyasi, iqtisadi, sosial islahatlar, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi Azərbaycanın müstəqillik yollarında ardıcıl irəliləməsi, xalqımızın rifah halının ilbəil daha da yaxşılaşdırılması üçün lazımi şərait yaratmışdır. Yeni neft və iqtisadi inkişaf strategiyasının reallaşdırılması nəticəsində ölkəmizə xarici sərmayə axını getdikcə güclənir. Neftdən götürülən gəlirdən xalqın mənafeyi üçün daha səmərəli istifadə edilməsi məqsədi ilə Neft Fondu yaradılmışdır. Sənaye və kənd təsərrüfatı sürətlə dirçəlir, manatın sabitliyi qorunur, dövlətimizin büdcə gəlirləri, valyuta ehtiyatları durmadan artır.

Azərbaycan beynəlxalq birliyin dəyərli üzvünə çevrilmişdir. Dövlətimiz Qafqaz bölgəsində sabitləşdirici rol oynayan, demokratik inkişaf yolu ilə qətiyyətlə irəliləyən, Avropa ilə Asiyanı daha sıx bağlayan nəhəng iqtisadi layihələrin təşəbbüsçüsü və təşkilatçısı kimi çox böyük nüfuz və etibar qazanmışdır. Tarixi İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi layihələrinin başa çatdırılması Azərbaycanın bölgədə lider mövqelərini daha da möhkəmləndirəcəkdir.

Dövlətimiz Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in, Avropa Şurasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, İqtisadi Əməkdaşlıq Təşkilatının, GUAM regional qurumunun bərabər hüquqlu üzvüdür.

Dövlətimizin müstəqilliyini, xalqımızın əmin-amanlığını qorumağa, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadir olan silahlı qüvvələr yaradılmışdır. Güclü milli ordumuz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolu ilə nizama salınmasının etibarlı təminatçısıdır.

1995-ci ildə ölkəmizin yeni Konstitusiyası qəbul edilmiş və 2002-ci ildə ümumxalq səsverməsi yolu ilə daha da təkmilləşdirilmişdir. Avropa standartlarına uyğun olan möhkəm qanunvericilik bazası yaradılmış, insan və vətəndaş hüquqlarının qorunması, qanunun aliliyi təmin edilmiş, söz, fikir azadlığı, vicdan azadlığı, siyasi plüralizm cəmiyyətimizin reallığına çevrilmişdir. Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq ideyaları şüurlara hakim kəsilmişdir. Dilimizin, mənəvi dəyərlərimizin qorunması, dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın tarixi vətənlə əlaqələrinin gücləndirilməsi məqsədi ilə düşünülmüş tədbirlər görülmüşdür.

Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyevin qurub-yaratdığı dövlətə bu gün onun layiqli davamçısı İlham Əliyev rəhbərlik edir, ümummilli liderimizin başladığı taleyüklü işləri ardıcıl surətdə və qətiyyətlə həyata keçirir. Heydər Əliyevin qüdrətli zəkasından güc almış inkişaf strategiyası Azərbaycanın müstəqillik yollarında ardıcıl surətdə irəliləməsini təmin edir.

Ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, ümumi daxili məhsulun artımı davam edir, əhalinin güzəranının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl tədbirlər görülür. Əmək haqları, müavinətlər, pensiyalar artırılır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı həyata keçirilir, ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni həyatında əsaslı islahatlar aparılır. Dövlətimizin iştirak etdiyi nəhəng transmilli iqtisadi layihələr əzmlə davam etdirilir. Elmə, incəsənətə, idmana böyük qayğı göstərilir.

Möhtərəm cənab Prezident!

Ümummilli liderimiz Heydər Əliyevin ideyalarının yaşadılması, onun dühasının bəhrəsi olan müstəqil Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi naminə gördüyünüz işlərə görə xalqımız Sizə minnətdardır. Biz inanırıq ki, uğurla davam etdirdiyiniz Heydər Əliyev siyasi xətti xalqımızı və dövlətimizi işıqlı günlərə qovuşduracaqdır.

Əziz Prezidentimiz!

Azərbaycan Respublikasının dövlət müstəqilliyi günü münasibətilə Sizi Milli Məclisin deputatları adından və şəxsən öz adımdan bir daha ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır, xalq və dövlət naminə gərgin, fədakar, şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm!

Dərin ehtiram hissi ilə,

Azərbaycan Respublikasının Milli Məclisi adından

Murtuz ƏLƏSGƏROV

Milli Məclisin sədri

Bakı şəhəri, 18 oktyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib