AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİZATİ-ALİLƏRİCƏNAB İLHAM ƏLİYEVƏ
Birləşmiş Ştatlar Əfqanıstan və İraqdakı fəaliyyəti də daxil olmaqla, terrorizmə qarşı mübarizədəki yardımına görə Azərbaycana minnətdardır. Mən eyni zamanda, bütün amerikalılara qoşularaq xeyirxah addımınıza - Katrina qasırğasının qurbanlarına 500 000 Amerika dolları məbləğində yardımınıza görə də Sizə və Azərbaycan xalqına təşəkkür edirəm.
Gələn ay Azərbaycanda keçiriləcək parlament seçkiləri ölkələrimiz arasındakı münasibətlərin yeni strateji səviyyəyə yüksəlməsinə imkanlar yaradacaqdır. Mən Sizin azad və ədalətli seçkilərin keçirilməsinə sadiqliyinizi alqışlayıram. Bu seçkilər ölkələrimiz arasında güclü və davamlı münasibətlər üçün vacibdir. Bu seçkilərdən sonra da Sizinlə əməkdaşlıq etmək arzusundayam.
Amerika xalqı adından Sizə və Azərbaycan xalqına müstəqilliyinizin bu ildönümü münasibətilə ən xoş arzularımı ifadə edirəm.
Səmimiyyətlə,
Corc Buş,
Amerika Birləşmiş Ştatlarının Prezidenti.