AZƏRBAYCAN SAHİBKARLARI ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN KİYEVDƏKİ ABİDƏSİNİ ZİYARƏT ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ukrayna sahibkarları ilə ticarət-iqtisadi münasibətləri nizama salmaq üçün Kiyevə gələn Azərbaycanın bir qrup iş adamı mayın 17-də ümummilli liderimiz Heydər Əliyevin səfirliyimizin yaxınlığındakı bağçada ucaldılmış abidəsi önünə gül dəstələri qoymuşlar.
Milli Məclisin “Ukrayna-Azərbaycan” parlamentlərarası qrupunun üzvü, “EuropeanTobako” Səhmdar Cəmiyyəti İdarə heyətinin sədri Rüfət Quliyev, “Gilan” holdinqinin baş direktoru Cəmil Muradov və vitse-prezidenti Yunis Arifoğlu, “MKTcotton”un kommersiya şöbəsinin başçısı Bəhruz Camalov, “Ajur MKT” firmasının nümayəndəsi Araz Əliyev ulu öndərin nurlu xatirəsini ehtiramla yad etmişlər.
Kiyevdə deyirlər ki, Heydər Əliyevin abidəsi şəhərdə daim önünə gül-çiçəklər qoyulan yeganə abidədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]