İDMAN
Azərbaycan şahmatçıları dünya birinciliyində iştirak edəcəklər
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Misirdə şahmat üzrə 8, 10 və 12 yaşlı oğlan və qızlar arasında dünya birinciliyinə start veriləcək.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 80 ölkənin qatılacağı yarışda Azərbaycanı 12 şahmatçı təmsil edəcək.
Bunlar Xaqan Əhməd, Paşam Əlizadə, Səfa Hümmətov, Atilla Orman, Məhəmməd Kazımzadə, Müslim Şirəliyev, Səadət Bəşirli, Əsnad Vəliyeva, İnci Ələkbərli, Məryəm Abbaszadə, Əsnad Baxşızadə və Mehriban Əhmədlidir.
Azərbaycan nümayəndə heyətinə beynəlxalq qrosmeyster Fərid Abbasov rəhbərlik edəcək.
Qeyd edək ki, dünya birinciliyi oktyabrın 27-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:26]
Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
- 30.04.2024 [16:48]
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 30.04.2024 [15:47]
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]
Acun Ilıcalı daha bir futbol klubunu satın alır
- 30.04.2024 [13:32]