AZƏRBAYCAN ŞAHMATÇISI BEYNƏLXALQ TURNİRİN QALİBİ OLMUŞDUR
Vyana, 18 aprel (AZƏRTAC). Aprelin 11-dən 17-dək Fransanın Mets şəhərində 27-ci Mets Beynəlxalq şahmat turniri keçirilmişdir. 25 qrossmeyster və 15 beynəlxalq ustanın, ümumilikdə isə 100-dən artıq şahmatçının qatıldığı mötəbər turnirdə iki Azərbaycan şahmatçısı - qrosmeysterlər Fərid Abbasov və Namiq Quliyev də gücünü sınamışlar.
İsveçrə sistemi üzrə keçirilən turnirdə bütün oyunları yüksək idman peşəkarlığı ilə keçirən Azərbaycan şahmatçısı Namiq Quliyev 9 oyundan 6,5 xal toplayaraq, yarışın qalibi olmuşdur. Sonrakı yerləri isə Kevin Spraqqet (Kanada) və Frizo Niyboer (Niderland Krallığı) tutmuşlar.
Fərid Abbasov isə 6 xal toplayaraq 5-ci yeri bölüşdürmüşdür.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]