Azərbaycan şahmatçısı “Reykyavik Open” beynəlxalq turnirinə qələbə ilə başlayıb
Bakı, 9 mart, AZƏRTAC
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov İslandiyanın paytaxtında keçirilən “Reykyavik Open” ənənəvi beynəlxalq turnirə qələbə ilə start verib.
AZƏRTAC xəbər verir ki, turnirin favoritləri sırasında yer alan qrossmeysterimiz ilk turda yerli şahmatçı Con Trausti Hardarsona qalib gəlib. Ş.Məmmədyarov ikinci turda qara fiqurlarla danimarkalı rəqibi Nikolay Skousenə qarşı oynayacaq.
Beynəlxalq turnirdə 30 ölkədən 246 şahmatçı iştirak edir. Onların arasında 32 qrossmeyster və 31 beynəlxalq usta yer alır.
Qeyd edək ki, 10 turdan ibarət turnir İsveçrə sistemi ilə keçirilir.