AZƏRBAYCAN SƏFİRİ BÖYÜK BRİTANİYA NÜMAYƏNDƏLƏR PALATASININ ÜZVÜNÜ ÖLKƏMİZ HAQQINDA MƏLUMATLANDIRMIŞDIR
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfir Fəxrəddin Qurbanov Nümayəndələr Palatasının üzvü Anqus Robertsonla görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında mövcud əlaqələr və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Səfir bölgədə və Azərbaycanda gedən hadisələr haqqında məlumat vermiş, eləcə də regional əhəmiyyətli layihələrdən bəhs etmişdir.
F.Qurbanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi və problemin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam etdirilən danışıqlar prosesi haqqında danışmış, eləcə də regional əməkdaşlıq və inteqrasiya sahəsində səyləri vurğulamışdır. Bundan əlavə, Azərbaycanda neft gəlirlərinin idarə olunması sahəsində görülən tədbirlərdən bəhs edən səfir, bu məqsədlə ayrıca Dövlət Neft Fondunun yaradıldığını bildirmişdir.
Anqus Robertson ölkələrimiz arasındakı əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi vurğulamış və bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]