Azərbaycan səfiri etimadnaməsini Argentina Prezidentinə təqdim edib
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfiri Rəşad Aslanov etimadnaməsini bu ölkənin Prezidenti Maurisio Makriyə təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sonra keçirilən görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Argentina dövlətinin başçısına çatdırıb.
Prezident Maurisio Makri onun da salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Görüşdə səfir R.Aslanov Prezident Maurisio Makriyə ölkəmiz barədə ətraflı məlumat verib. Həmçinin Azərbaycan ilə Argentina arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Prezident Maurisio Makri səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:16]
Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib
- 13.10.2026 [19:27]
Laos Prezidenti Milli Məclisdə olub
- 13.10.2026 [17:33]
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
- 13.10.2026 [16:47]