Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan səfiri Kannda beynəlxalq tədbirdə ölkəmizdəki münbit investisiya mühitindən danışıb VİDEO

Kann, 15 mart, AZƏRTAC,

Azərbaycanın Fransadakı səfirliyinin və Fransanın Lexlor şirkətinin birgə təşkilatçılığı ilə ölkəmiz Kann şəhərində keçirilən Qlobal Şəhərsalma Festivalında (MIPIM 2024) böyük və zəngin stendlə təmsil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Festival çərçivəsində təşkil olunmuş “Azərbaycanda sərmayə yatır” adlı konfransda iştirak edib. Lexlor şirkətinin menecer tərəfdaşı Edmond Verdyenin moderatorluğu ilə keçirilən konfransda səfir L.Abdullayeva Azərbaycan iqtisadiyyatının hərtərəfli icmalı, perspektivləri, investisiya imkanları və ixrac potensialı haqqında ətraflı məlumat verib. Ölkəmizin iqtisadiyyatının ardıcıl və dayanıqlı artım nümayiş etdirdiyini bildirib. Ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini qeyd edərək, bu sektora yatırılan investisiyalardan danışıb. O, ölkənin xarici ticarətin genişlənməsi istiqamətində ardıcıl olaraq müsbət tendensiya nümayiş etdirdiyini deyib. Səfir bildirib ki, Azərbaycan Şimal-Cənub və Çin-Avropa dəniz marşrutları da daxil olmaqla müxtəlif beynəlxalq nəqliyyat dəhlizlərində əsas mərkəz kimi üstünlüyə malikdir. Səfir Ələt Azad İqtisadı Zonasından, eləcə də bu Zonanın təklif etdiyi prioritetlərdən söz açaraq ölkədə sərmayə yatırımları üçün münbit mühitin olduğunu vurğulayıb.

L.Abdullayeva azad olunmuş ərazilərimizdə aparılan quruculuq işlərindən də danışıb. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində Vətən müharibəsində qazanılan parlaq Qələbədən sonra qarşıda duran əsas vəzifələrdən biri məhz Qarabağın bərpası və işğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs gətirilməsidir. Bir milyona yaxın insanın öz doğma evinə qayıtması üçün hazırlanmış Böyük Qayıdış dövlət proqramından söz açan səfir 30 il ərzində Ermənistanın işğalı altında qalmış ərazilərimizdə mədəni-tarixi abidələrin yerlə-yeksan olunduğunu, məhv edildiyini, dağıdıldığını bildirib. O, həmin ərazilərin bərpasına müasir kompleks yanaşmanın dövlət siyasətinin prioritet istiqaməti olduğunu vurğulayıb. Səfir bu ərazilərdə bərpa işlərinin aparıldığını, infrastrukturun yenidən qurulduğunu diqqətə çatdırıb, Ağdam, Füzuli, Ağdərə, Zəngilan, Xocavənd, Xocalı rayonlarında erməni minalarından təmizlənmə işlərinin aparıldığını, bu rayonlarda vacib infrastruktur obyektlərinin tikildiyini, bərpaolunan enerji mənbələrinin istismarı üçün mühüm işlər həyata keçirildiyini bildirib.

Azərbaycanın cari ilin sonunda ev sahibliyi edəcəyi COP29 qlobal konfransının yüksək səviyyədə keçiriləcəyinə, bunun xalqımızın, ölkəmizin növbəti böyük uğuru olacağına əmin olduğunu deyən L.Abdullayeva “yaşıl enerji” növlərinin yaradılmasının və dünya bazarlarına nəqlinin enerji siyasətimizin prioriteti olduğunu vurğulayıb.

Azərbaycanın iqtisadi inkişaf modelinin strateji prioritetlərindən söz açan səfir iqtisadi tərəqqi strategiyasının uğurla həyata keçirilməsi nəticəsində yeni inkişaf perspektivləri yarandığını qeyd edib.

Konfrans sual-cavabla davam edib. Konfrans iştirakçıları ölkəmizdəki sərmayə yatırımı imkanları ilə maraqlanıblar.

Sonra Festivaldakı Azərbaycan stendi ziyarət edilib. Stenddə böyük ekran vasitəsilə Azərbaycan haqqında məlumat yayımlanıb, ölkəmizin dilbər guşələri, turizm zonaları, sərmayə yatırımı imkanları təqdim olunub.

Qeyd edək ki, Kann şəhərində martın 11-də başlamış Qlobal Şəhərsalma Festivalı martın 15-dək davam edəcək. Festivala dünyanın müxtəlif ölkələrində şəhər quruculuğu, arxitektura, urbanizasiya sahəsində fəaliyyət göstərən 300-dən çox aparıcı şirkət qatılıb.

Azərbaycan səfiri Kannda beynəlxalq tədbirdə ölkəmizdəki münbit investisiya mühitindən danışıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vidadi Rzayev: Qarabağ” son 3 oyunda qol vura bilməsə də, transferləri uğursuz hesab etmirəm

Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib

ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək

Səbaildə obyektdə yanğın baş verib

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq

Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib

Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?

Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib

Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb

Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq

Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib

Kətanda əbədiləşən Azərbaycan sevgisi

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib

Qızılın qiyməti yanvardan bəri ən güclü həftəlik artım nümayiş etdirir

Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub

Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmə

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb