AZƏRBAYCAN SƏFİRİ PEKİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
Respublikamızın Çindəki səfiri Yaşar Əliyev Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Pekində mətbuat konfransı keçirmişdir. Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, yerli və xarici jurnalistlərin dəvət olunduqları mətbuat konfransında Prezident İlham Əliyevin Azərbaycanlıların soyqırımı günü münasibətilə xalqa müraciəti iştirakçıların diqqətinə çatdırılmış, tarix boyu ermənilərin azərbaycanlılara qarşı soyqırımı və təcavüzü siyasəti haqqında ətraflı məlumat vermişdir. Səfir vurğulamışdır ki, soyqırımı gününü qeyd edərkən Azərbaycan heç də başqa xalqlara düşmənçilik və nifrət hissi oyatmağı deyil, sadəcə, tarixi həqiqətləri, faktları dünya ictimaiyyətinə çatdırmağı qarşıya məqsəd qoyur.
Mətbuat konfransının sonunda jurnalistlərə Azərbaycan Prezidentinin soyqırımı günü münasibətilə xalqa müraciətinin mətni və soyqırımı ilə bağlı tarixi məlumatlar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]