Azərbaycan Silahlı Qüvvələrində “NATO Günləri” keçirilir
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən noyabrın 3-də Bakıda NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə “NATO Günləri” tədbiri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi, general-leytenant Ali Çetinkayanın (Türkiyə) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində hərbi təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olacaq, brifinqlər verəcək və müzakirələr aparacaq.
Silahlı Qüvvələrdə “NATO Günləri” noyabrın 7-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:00]
Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar
- 05.08.2026 [09:00]
Avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günüdür
- 03.08.2026 [19:21]
Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş olub
- 03.08.2026 [14:46]
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
- 02.08.2026 [13:12]