Azərbaycan təmsilçisi yenidən BMT-nin CEDAW Komitəsinin üzvü seçilib
Bakı, 26 iyun, AZƏRTAC
İyunun 26-da Nyu-York şəhərində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına (CEDAW) tərəf dövlətlərin 24-cü iclası çərçivəsində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW Komitəsi) 2027–2031-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib.
AZƏRTAC xəbər verir ki, 189 dövlətin iştirak etdiyi səsvermədə 133 səs toplayan Azərbaycanın namizədi, beynəlxalq hüquq üzrə ekspert, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov CEDAW Komitəsinin növbəti müddət üçün yenidən üzvü seçilib.
Qeyd edək ki, Elgün Səfərov 2019–2026-cı illər üzrə CEDAW Komitəsinin üzvü olub. O, 2021-ci ildə Komitənin 78-ci sessiyasında sədr müavini vəzifəsinə seçilib. Hazırda isə Komitənin Fərdi Müraciətlərlə bağlı İşçi Qrupunun sədr müavini vəzifəsində fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [18:56]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]