Azərbaycan Texnologiya Universitetinin müəllim və tələbələri qanvermə aksiyasına qatılıb
Gəncə, 25 aprel, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetinin müəllim və tələbələri qanvermə aksiyasına qatılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə aksiyaya qoşulanlar Mərkəzi Qan Bankının Gəncə bölməsinə gəliblər.
Həkim hematoloqlar Azərbaycan Texnologiya Universitetindən gələn donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər.
Aksiya hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatı üçün nəzərdə tutulub. Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.