Azərbaycan triatlonçusu Rostislav Pevtsov Avropa kuboku yarışlarında 8-ci olub
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan triatlonçusu Rostislav Pevtsov İspaniyanın Melilla şəhərində keçirilən Avropa kuboku yarışlarında 8-ci olub.
AZƏRTAC Azərbaycan Triatlon Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, təmsilçimiz 69 idmançının mübarizə apardığı yarışı 48 dəqiqə 1 saniyəlik nəticə ilə başa vurub.
R.Pevtsov 750 metrlik su məsafəsini 6 dəqiqə 20 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 25 dəqiqə 55 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını təmsilçimiz 15 dəqiqə 7 saniyə nəticə ilə tamamlayıb.
Hazırda R.Pevtsov İspaniyada təlim-məşq toplanışını davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]