Azərbaycan triatlonçusu Rostislav Pevtsov Avropa kuboku yarışlarında altıncı olub
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan triatlonçusu Rostislav Pevtsov İspaniyanın Melilla şəhərində keçirilən Avropa kuboku yarışlarında altıncı olub.
Azərbaycan Triatlon Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançimiz 68 triatlonçunun mübarizə apardığı yarışı 49 dəqiqə 42 saniyəlik nəticə ilə başa vurub.
R.Pevtsov 750 metrlik su məsafəsini 9 dəqiqə 35 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 24 dəqiqə 47 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını təmsilçimiz 13 dəqiqə 51 saniyə nəticə ilə tamamlayıb.
Hazırda Azərbaycan təmsilçisi “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün mübarizə aparır. Bu baxımdan Avropa kuboku müəyyən mənada Olimpiya Oyunlarına hazırlıq olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]