Azərbaycan Turizm İnstitutu elmi şurasının iclası keçirilmişdir
Bakı, 28 oktyabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutu (ATİ) elmi şurasının iclası keçirilmişdir.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda institutun tədris işləri üzrə prorektoru Eldar Aslanovun 2013/2014-cü tədris ilinin əvvəlində tədrisin vəziyyəti, insan resursları şöbəsinin müdiri Aftandil Bayramovun həmin dövrdə professor-müəllim heyətinin komplektləşdirilməsi və ümumi şöbənin müdiri Vüsal Xəlilovun rəhbəri olduğu sturukturun son 6 ayda fəaliyyəti ilə bağlı məruzələri dinlənilmişdir.
Elmi şuranın gündəliyinə daxil edilən məruzə və çıxışlar, o cümlədən cari məsələlərin geniş müzakirəsindən sonra verilən təkliflər nəzərə alınmaqla, ümumilikdə, fəaliyyət qənaətbəxş hesab edilmişdir.
İclasda, həmçinin 2013/2014-cü tədris ilində tədrisin keyfiyyətcə artan xətlə yüksəldilməsi, professor-müəllim heyətinin səylərinin artırılması və mövcud komandanın komplektləşdirilməsi işinin daha da təkmilləşdirilməsi qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]