Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Turizm və Menecment Universiteti beynəlxalq əlaqələrin inkişafında maraqlıdır

Azərbaycan Turizm və Menecment Universiteti beynəlxalq əlaqələrin inkişafında maraqlıdır

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) xarici əlaqələrinin genişlənməsinə, ali təhsildə beynəlmiləlliyə xüsusi diqqət verir. ATMU-da yaranmış ilk inzibati bölmələrdən biri də Beynəlxalq əlaqələr şöbəsidir. Keçən dövr ərzində ATMU Avropa Universitetlər Assosiasiyası, Avrasiya Universitetlərinin Beynəlxalq Assosiasiyası, Xidmət üzrə Rusiya Ali Məktəblərinin Milli Elm və Tədqiqat Konsorsiumu, Xəzəryanı Ölkələrin Dövlət Universitetlərinin Assosiasiyası, Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyası, Avrasiya İpək Yolu Universitetlərinin Konvensiyası (ESRUC), Demokratiya Naminə Universitetlər İttifaqı (AUDEM) kimi nüfuzlu təhsil təşkilatlarına üzv olaraq öz fəaliyyətini daha da gücləndirib.

Bunu AZƏRTAC-a açıqlamasında ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa söyləyib. O bildirib ki, ATMU Azərbaycan təhsil tarixində ilk dəfə olaraq ikili diplom proqramını uğurla həyata keçirir. Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə imzalanmış akademik müqavilənin şərtlərinə əsasən tələbələr üç tədris ili ərzində turizm və asudə vaxt menecmenti proqramı üzrə ingilis dilində təhsil alırlar. Dövlət Turizm Agentliyinin dəstəyi ilə ATMU və İMC Krems Tətbiqi Elmlər Universiteti ilə AATP proqramı üzrə yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Azərbaycan-Avstriya Turizm Proqramı üzrə bu günədək 280 nəfər tələbə məzun olaraq hər iki ali təhsil müəssisəsinin diplomunu alıb. ATMU yalnız bakalavr təhsil pilləsi üzrə kadr hazırlığı ilə kifayətlənməyərək həmin universitetlə birlikdə magistr pilləsi səviyyəsində kadr hazırlığına başlayıb. Xatırladaq ki, Prezident İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin görüşü zamanı universitetlər arasında magistratura səviyyəsində tədrisin təşkilini nəzərdə tutan Əməkdaşlıq sazişi imzalanıb.

“Universitetimiz Xəzər Universiteti və Gəncə Dövlət Universiteti ilə birgə qoşulduğu Avropa İttifaqının Erasmus-Mundus Xarici Əməkdaşlıq Pəncərə Proqramının (EU Erasmus Mundus External Cooperation Window) qalibi olub. Üç mərhələdə həyata keçirilmiş proqram çərçivəsində ATMU-nun tələbə və əməkdaşları Yunanıstan, Portuqaliya, Böyük Britaniya, İtaliya, Latviya, Fransa, Bolqarıstanın ali təhsil müəssisələrində müxtəlif müddətlərdə tədris, ixtisasartırma və təcrübə mübadiləsi layihələrində iştirak ediblər. Həmçinin qeyd olunan proqram çərçivəsində ümumilikdə müxtəlif sayda tələbə, müəllim və inzibati heyət işçiləri fərqli Avropa universitetlərinə təhsil və ya tədqiqat üçün göndəriliblər”, - deyə o əlavə edib.

O.Musa qeyd edib ki, ATMU-nun beynəlxalq əlaqələrində önəmli yerlərdən birini beynəlxalq tələbə proqramlarında fəal iştirak tutur. ATMU Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində Avropada fəaliyyət göstərən müxtəlif universitetlər ilə əlaqələr quraraq, xeyli sayda tərəfdaşlar qazanıb, eləcə də məhz bu əməkdaşlıqlar çərçivəsində öz tədris planını daha da inkişaf etdirə bilib. Bu proqram çərçivəsində ATMU tələbələri İspaniya Krallığının Valladolid və Jirona universitetlərində, Finlandiya Kajaani Tətbiqi Elmlər Universitetində, Rumıniya İoan Cusa Alexander Universitetində, Bolqarıstan D.A.Tsenov adına İqtisadiyyat Akademiyasında, Türkiyə Orta Doğu Texniki və Eskişehir Anadolu universitetlərində müxtəlif ixtisaslar üzrə mübadilə tələbəsi kimi iştirakçı olublar. Tələbə mübadiləsi ilə yanaşı, müəllim mübadiləsi imkanlarından istifadə beynəlxalq proqram çərçivəsində universitetin qarşısına qoyduğu əsas istiqamətlərdən biri olub. Son illərdə ATMU ilə proqram daxilində əməkdaşlıq edən tərəfdaş universitetlər arasında xeyli sayda müəllim mübadiləsi həyata keçirilib. Ümumilikdə son 4 il ərzində 20-dən çox ATMU tələbəsi “Erasmus+” proqramı çərçivəsində tərəfdaş universitetlərdə təhsil alıb, 10-dan çox müəllim bu proqram vasitəsilə tərəfdaş universitetlərdə tədris aparıb.

Onun sözlərinə görə, beynəlxalq tələbə mübadiləsi proqramları çərçivəsində ATMU-nun önəm verdiyi istiqamətlərdən biri də qardaş Türkiyə Cümhuriyyəti tərəfindən formalaşdırılan “Mövlanə” mübadilə proqramıdır. ATMU son illər ərzində bu proqrama qoşularaq Türkiyənin fərqli şəhərlərində fəaliyyət göstərən müxtəlif ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurub. Məhz bu səylərin nəticəsində “Mövlanə” mübadilə proqramı çərçivəsində Türkiyənin bir sıra ali təhsil müəssisələri ilə tərəfdaşlıq müqaviləsi imzalanıb və bunun nəticəsində son 4 ildə 25 nəfərdən çox ATMU tələbəsi beynəlxalq təhsil proqramının imkanlarından yararlana bilib. ATMU Almaniyanın Yade Tətbiqi Elmlər Universiteti ilə sıx əməkdaşlıq əlaqələri formalaşdıra bilib. Məhz hər iki universitet arasında mövcud olan əməkdaşlıq əsasında tələbələrimiz Almaniyada təşkil olunan yay dil kurslarında iştirak edə, eləcə də tələbə mobilliyi çərçivəsində Yade Universitetində bir semestr ərzində təhsil ala bilirlər. Ümumilikdə son 7 il ərzində 30-a yaxın ATMU tələbəsi tərəfdaş universitetdə təhsil alıb.

Şöbə müdiri vurğulayıb ki, universitetdə təhsilin beynəlxalq standartlara uyğunluğunu təmin etmək məqsədilə xarici mütəxəssislərin tədris prosesinə cəlb edilməsi istiqamətində də addımlar atılır. Erasmus-Mundus Xarici Əməkdaşlıq Proqramı xətti ilə Portuqaliyadan 2, ABŞ hökumətinin təqaüd proqramları ilə 2, Almaniyanın Robert Boş Fondu, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Almaniyanın CİM təşkilatları ilə əməkdaşlıq nəticəsində Almaniyadan hər il bir müəllim universitetdə tədris prosesinə cəlb olunub. ATMU, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Almaniyanın DAAD, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (İAEA), BMTİP (UNDP) və sair bu kimi beynəlxalq təşkilatlarla da müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələri qurub. Universitet Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə həyata keçirilən “Elektron təhsildə Cənubi Qafqazda institusional quruculuq və insan resurslarının inkişafı” layihəsinin iştirakçılarından biri olub və distant təhsil üzrə müəllimlərin bacarıqlarını inkişaf etdirməyə səy göstərib. 2011-ci ildən ATMU Ümumdünya Turizm Təşkilatının “qoşulmuş üzvü” (Affiliate member), bir müddət sonra isə Bilik Şəbəkəsinin üzvü seçilib.

Universitetdə ali təhsilin bakalavriat və magistratura səviyyələrində həyata keçirdiyi turizm və otelçilik ixtisası üzrə təhsil proqramları Ümumdünya Turizm Təşkilatının nüfuzlu “UNWTO.TedQual” keyfiyyət sertifikatına layiq görülüb. Cənubi Qafqaz regionunun ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ATMU-nun “UNWTO.TedQual” sertifikasiyası prosesindən uğurla keçməsi Azərbaycanda turizm sahəsində ali təhsilin qlobal rəqabətliliyinin artırılması istiqamətində mühüm nailiyyətlərdən biridir. ATMU-nun son iki il ərzində əldə etdiyi önəmli uğurlardan biri də turizm və qonaqpərvərlik sahəsində mütəxəssislərin hazırlanması fəaliyyətinə görə ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi uyğunluq sertifikatının əldə edilməsidir. Hazırda dünyada 30-a yaxın ali təhsil müəssisəsi adıkeçən sertifikata malikdir.

ATMU, həmçinin tələbələri üçün xaricdə 14 həftəlik istehsalat təcrübə semestri təşkil edir. Azərbaycanda fəaliyyət göstərən müxtəlif xarici ölkə səfirliklərinin və beynəlxalq turizm təşkilatlarının dəstəyi ilə ATMU tələbələri Türkiyə, Bolqarıstan, İsrail, Çin və digər ölkələrdə istehsalat təcrübəsi keçə bilmək imkanlarından yararlanırlar. Təkcə 2019-cu il ərzində 80 nəfər yaxın ATMU tələbəsi fərqli xarici ölkələrdə istehsalat təcrübəsi keçib. Növbəti illərdən etibarən tələbələrimizin Almaniya, Qətər və s. kimi yeni turizm destinasiyalarında təşkil olunacaq istehsalat təcrübəsində iştirakçı olmaq imkanları olacaq.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın müddəalarını əsas tutaraq ATMU ikili diplom layihələrinin daha da gücləndirilməsini beynəlxalq əlaqələr baxımından növbəti illər üçün əsas prioritetlərdən biri olaraq müəyyən etmişdir. Hazırda turizm ixtisası istiqamətində ikili diplom layihələrinin həyata keçirilməsi üçün Türkiyənin Eskişehir Osmangazi Universiteti, Akdeniz Universiteti, Sakarya Universiteti ilə əməkdaşlıq edilir.

“Yaşadığımız dövrdə sürətlə inkişaf edən, qloballaşan dünyanın turizm və təhsil sahələri üzrə baş verən dəyişikliklərə tez bir zamanda uyğunlaşa bilmək, eləcə də ölkə Prezidentinin rəhbərliyi ilə dövlətimiz və hökumətimiz tərəfindən istər turizm, istərsə də təhsil sahəsində aparılan uğurlu siyasəti əsas götürərək bu gün ATMU öz fəaliyyətində beynəlmiləlləşməyə çox böyük önəm verir. Məhz bunun bariz nümunəsi olaraq turizm, təhsil sahəsində mövcud olan beynəlxalq təşkilatlar, müxtəlif ixtisaslar üzrə tədris aparan fərqli dünya universitetləri ilə əlaqələrin qurulmasına, qurulmuş əlaqələrin daha da gücləndirilməsinə, bütün bunların timsalında ölkəmizin turizm və təhsil sahəsində daha da güclənməsi yolunda aparılan siyasətə, davamlı inkişafa istiqamətlənən cəhdlərə dəstək verməyə çalışır”, - deyə O.Musa fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib