Azərbaycan, Ukrayna və Moldova qurumları kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və Ukrayna Elmi Kibertəhlükəsizlik Assosiasiyası, Moldova Texniki Universiteti arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov və Ukrayna Elmi Kibertəhlükəsizlik Assosiasiyasının prezidenti Sergiy Gnatyuk, Moldova Texniki Universitetinin rəqəmsallaşma üzrə prorektoru Dinu Turcan imzalayıblar.
Müxbir - Pərvanə Qafarova, Göyçək Mahmudlu
Fotoqraf - İlkin Cavanşirov
Videooperator - Vüsal Tağıyev