Azərbaycan və Аvrasiya Patent İdarəsi arasında ekspert əməkdaşlığı yeni səviyyəyə yüksəlir
Bakı, 10 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və Avrasiya Patent Təşkilatı arasında patent axtarışı və ixtiralar üzrə patentlərin verilməsi üçün iddia sənədlərinin ekspertizası sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, memorandumu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və Аvrasiya Patent İdarəsinin (APİ) prezidenti Qriqori İvliyev imzalayıblar.
Sənəddə Agentliyin sorğusu əsasında APİ tərəfindən patent axtarışlarının aparılması imkanları nəzərdə tutulur. Memorandum Avrasiya regionunda vahid ekspert məkanının inkişafı və patent ekspertizasının keyfiyyətinin artırılması sahəsində əməkdaşlığı daha da yüksəldəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]