Azərbaycan və İran yeniyetmələrinin spartakiadası keçirilib
Tehran, 17 fevral, AZƏRTAC
İranın Astara şəhərində Azərbaycan və İran yeniyetmələri arasında taekvondo, karate və cüdo üzrə spartakiada keçirilib.
Astaranın “İnqilab” idman kompleksində keçirilən spartakiadada hər üç növ üzr 500 atlet iştirak edib.
İranın Astara şəhərinin idman və gənclər idarəsinin direktoru Vahid Xasipur bildirib ki, taekvondo yarışlarında İranın Astara, Azərbaycanın Lənkəran, eləcə də Ənzəli şəhərinin “Qayeqran” komandaları müvafiq olaraq, ilk üç yeri tutublar.
Cüdo yarışlarında “Gilan-əlef”, “Əlborz-əlef” və Azərbaycan təmsilçiləri müvafiq olaraq fəxri kürsüdə qərarlaşıblar.
Karate yarışlarında isə İranın Astara yığması və Bakının seçmə komandası birinci-ikinci yerləri bölüşüblər.
V.Xasipur bildirib ki, belə yarışlar yeniyetmələrin təcrübələrinin artması baxımından əhəmiyyətli olmaqla yanaşı, iki ölkə arasındakı idman əlaqələrinin inkişafına xidmət edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]