Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
Bakı, 20 aprel, AZƏRTAC
“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində Müqavilə” layihəsinin hazırlanması işləri davam edir. Məqsəd Rusiyada əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının gələcəkdə pensiya və sosial sığortalanma üzrə hüquqlarının təmin olunması üçün hüquqi əsasların yaradılmasıdır.
Layihənin hazırlanması ilə əlaqədar Moskva şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə Rusiya Federasiyası Əmək və Sosial Müdafiə Nazirliyinin əməkdaşları arasında ikinci ekspert görüşü keçirilib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə həmin sənədin əhatə dairəsi, tərəflərin ərazisində çalışan vətəndaşlara münasibətdə tətbiq olunacaq sosial sığorta rejimi müzakirə olunub. Eyni zamanda, bu əsasda həmin vətəndaşların pensiya məbləğinin ilkin və təkrar hesablanması, ödənilməsi, çatdırılması qaydaları və mexanizmləri, bununla əlaqədar bir sıra digər məsələlərlə bağlı müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]