AZƏRBAYCAN VƏ SARATOV OMBUDSMANLARI İKİTƏRƏFLİ ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ İMZALAMIŞLAR
Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkili ilə Rusiya Federasiyası Saratov vilayətinin insan hüquqları üzrə müvəkkili arasında ikitərəfli əməkdaşlıq haqqında imzalanmış sazişə əsasən, Ombudsman Aparatının əməkdaşları Saratov şəhərində səfərdə olmuşlar. Səfərdən məqsəd təcrübə mübadiləsi aparmaq və əməkdaşlığın perspektivlərini müəyyənləşdirmək idi.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, vilayətin yeni ombudsmanı Nina Lukaşova azərbaycanlı həmkarlarını qəbul etmiş, geniş fikir mübadiləsi aparmışdır.
Ölkəmizin nümayəndələri səfər çərçivəsində Avropa Şurasının bu vilayətdəki İnformasiya və Sənədləşmə Mərkəzinin işi ilə tanış olmuşlar. Vilayətin xarici əlaqələr naziri Boris Şinçuk azərbaycanlı nümayəndələri qəbul etmiş, İctimai Palatanın fəaliyyəti haqqında məlumat vermişdir.
Ombudsmanın nümayəndələri vilayətdəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmiş, qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmişlər.
Saratov vilayətinin ombudsmanı N.Lukaşova Azərbaycan Ombudsmanının nümayəndələrinin təqdim etdikləri insan hüquqlarının təmin edilməsi sahəsində ikitərəfli əməkdaşlıq haqqında Sazişi imzalamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]