Azərbaycan voleybolçusu Türkiyə klubu ilə müqavilə imzalayıb
Bakı, 3 yanvar, AZƏRTAC
Azərbaycan millisinin voleybolçusu Yelizaveta Səmədova karyerasını bərpa edib.
AZƏRTAC xəbər verir ki, analıq məzuniyyətindən qayıdan hücumçu Türkiyə çempionatında çıxış edəcək. O, “Bolu Bələdiyyəsispor” klubu ilə anlaşıb. Voleybolçumuzun Superliqa təmsilçisi ilə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.
Y.Səmədova Bolu təmsilçisinin heyətində yığmamızın ikinci üzvü olacaq. Onadək Olena Xarçenko da bu klubla müqavilə imzalayıb.
Qeyd edək ki, 13 turdan sonra hesabında 13 xal olan klub 14 komanda arasında 13-cü pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]