Azərbaycan xalçaları İsveçdə açılacaq naxışlı xalçalar sərgisində nümayiş etdiriləcək
Stokholm, 14 iyun, AZƏRTAC
Azərbaycan xalçaları İsveçdə keçirilən naxışlı xalçalar sərgisində nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, iyunun 19 -dan avqustun 29-dək İsveçin Landskrona şəhər muzeyində Kiçik Asiyanın naxışlı xalçalarının yeni sərgisi açılacaq.
Sərgi çərçivəsində XIX əsrdə toxunmuş çox sayda kilim xalçası nümayiş olunacaq.
Eksponatların əksəriyyəti Türkiyənin müxtəlif yerlərində toxunub. İştirakçılar, eyni zamanda Suriya, Gürcüstan, Rusiya, Azərbaycandan olan xalçalarla tanış olmaq imkanı qazanacaqlar. Sərgidə təqdim olunan bütün xalçalar şəxsi kolleksiyalardandır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [21:40]
“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları
- 13.10.2026 [21:23]
Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub
- 13.10.2026 [20:19]
Londonda “Arşın mal alan” filminin nümayişi olub
- 13.10.2026 [18:20]