Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ədəbiyyatı – məqalə

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ədəbiyyatı – məqalə

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması milli ədəbiyyatın inkişafına misilsiz təsir göstərdi. Ədəbiyyatımızın məzmun və ideyasında elə yeniliklərə imza atıldı ki, bu, bütün Türk dünyasının ədəbi-mədəni irsinə təsir elədi. Milli azadlığın bəhrəsini dadan xalqın içindən elə şairlər, yazıçılar, dramaturqlar yetişdi ki, onlar Azərbaycan Xalq Cümhuriyyəti müvəqqəti süquta uğradıqdan sonra gülləbaranla hakimiyyətə gələn bolşevik hökumətinin kabusuna çevrildi. Buna görə də birinci növbədə bu dövlətin qurucuları olan, bu xalqın azadixahları olan ziyalıları, şair və yazıçıları məhv etdilər, mühacir ömrü yaşatdılar, Sibirdə çürütdülər, böhtan və yalanlarla güllələdilər, “vətən xaini”, “xalq düşməni” adı ilə edam etdilər… Amma haqqın-ədalətin boğulmasına gücləri çatmadı. 1920-ci ildə süquta uğradılmış AXC-nin gələcəyi üçün mübarizə aparan xalq, nəhayət, 1990-cı illərdə onu yenidən əldə etdi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər filologiya elmləri doktoru, dosent Gülxani Pənahın “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ədəbiyyatı” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması 1918-ci ilin mayında baş verdi. Çar Rusiyasının devrilməsi bir sıra xalqlar kimi Azərbaycanın da imperiyanın basqısından azad olmasına imkan yaratdı. Bu dövlətin qurulmasında, onun demokratik ideyalarını həm ölkədə, həm də dünyada tanıdanlar arasında qələmini süngüyə çevirən yazarlarımız da var idi, azadixahlarımızın amal və ideyalarını xalqa çatdıran ədəbiyyat ordusu da yaranmaqda idi. Onlar Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik işlərində də yaxından iştirak edirdilər. Dünyanın bir sıra ölkələrində yeni qurulan Cümhuriyyətimizin siyasi məramlarını beynəlxalq aləmə çatdıran “Ağsaqqal”, “Qoz ağacı”, “Cənnətə vəsiqə”, “Şahqulunun xeyriyyə işi” və s. hekayələrin, “Polis şineli”, “Zeynal bəy” kimi əsərlərin, “Qan içində”, “İki od arasında”, “Qızlar bulağı”, “Həzrəti Şəhriyar” və bir sıra başqa roman, komediya və ssenarilərin müəllifi, ədəbiyyatşünas alim Yusif Vəzir Çəmənzəminlinin, publisist, ədəbiyyatşünas, ictimai xadim, “Azərbaycan ilk müsəlman respublikası” kitabının müəllifi, çoxlu sayda ədəbi-publisist məqalələrin müəllifi Ceyhun Hacıbəylinin, siyasi xadim, tanınmış publisist Əlimərdan bəy Topçubaşovun rolu dediklərimizə sübutdur.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində “Müsavat” və bitərəflər fraksiyasının sədri Məmməd Əmin Rəsulzadə, 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın siyasi müşaviri olmuş, Mustafa Kamal Atatürkün yaxın məsləhətçisi olmuş, görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, şərqşünas-islamşünas alim, jurnalist və pedaqoq Əhməd bəy Ağayev, maarif xadimi, şərqşünas-tərcüməçi Muxtar Əfəndizadə, publisist, ictimai-siyasi xadim Mehdi bəy Hacınski, yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev, maarif xadimi, publisist-yazıçı, ədəbiyyatşünas alim Firidun bəy Köçərli, maarif xadimi, yazıçı, ədəbiyyatşünas Sultanməcid Qənizadə, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim, “Aran köçü”, “Namus davası”, “Turut qaçaqları”, “Zülmün sonu”, “Novruz və Gülarə” kimi lirik-epik poemalarının, “Canavarlar hökuməti” mənzum satirik əsərinin, lirik şerlərin müəllifi, repressiya qurbanı Hacı Kərim Sanılı və başqaları AXC-nin qurulmasında, fəaliyyətində böyük rolu olan ədəbiyyat aləmində tanınmış şəxsiyyətlərdir.

Mollanəsrəddinçilər ədəbi məktəbinin fəalları Cəlil Məmmədquluzadənin yaratdığı “Molla Nəsrəddin” jurnalının ətrafında birləşərək sadə xalq dilində yazdıqları əsərləri nəşr etdirir, bir növ ədəbi dilimizi inkişaf etdirirdilər. Əlibəy Hüseynzadənin yaratdığı “Füyuzat” jurnalı “ortaq türk dilinin formalaşdırılması ideyasını əsas tutur, Türkiyə türkcəsini əsas götürməyi məqsədəuyğun bilirdi. Hər ikisinin məramı türkçülük-turançılıq məfkurəsinə bağlı idi. Azərbaycan dili dövlət dili elan edilmişdi. Yeni nəşrə başlayan “Açıq söz” qəzeti milli Azərbaycan ideologiyasının formalaşmasına, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına böyük təsir elədi.

Azərbaycançılıq ideyaları ilə silahlanmış, türkçülük, milli istiqlal arzusunun tərənnümçüləri Hüseyn Cavid, Məhəmməd Hadi, Cəlil Məmmədquluzadə, Əhməd Cavad, Almaz İldırım, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Seyid Hüseyn, Salman Mümtaz, Abdulla Şaiq və başqalarının əsərləri AXC dövrü ədəbiyyatına böyük töhfədir.

Azərbaycan Xalq Cümhuriyyəti qurulan kimi Abdulla Şaiq 1918-ci ildə “Marş” şeirini yazdı, yenə də əsas amala sadiq qaldı, türk birliyi məsələsini dillərdə şüara çevirdi. Bu marş sonradan yaranan marş ədəbi janrının inkişafında böyük rol oynadı. Sovet imperiyası çökəndən sonra Azərbaycan xalqına xəyanət edən erməni və onun dəyirmanına su tökənlərin apardığı qanlı müharibələrə qarşı ədəbiyyatımızda birliyə çağırış gücləndi, düşmənə qarşı mübarizə əzmini artıran, qüdrətli və qüvvətli Azərbaycanın yenilməzliyini, əzmini tərənnüm edən böyük bir marş ədəbiyyatı yarandı. Abdulla Şaiqin yaradıcılığında “Yeni Ay doğarkən”, “Marş”, “Vətənin yanıq səsi”, “Arazdan Turana” şeirlərində Xalq Cümhuriyyətinə bəslədiyi hörmət və ehtiram əsasdır.

Milli azadlıq, müstəqillik uğrunda döyüşlərdə həlak olan böyük şair Məhəmməd Hadi 1915-ci ildə yazdığı “İnsanların tarixi faciəsi, yaxud “Əlvahi-intibah” əsərində xalqları sülhə, xoşbəxtliyə səsləyirdi. 1918-1920-ci illərdə Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Ümgülsüm Sadıqzadə, Əli Yusif poeziya sahəsində tanınmış şəxsiyyətlər idi. Milli müstəqillik uğrunda mübarizədə başı müsibətlər çəkmiş, yenə də amalından dönməyən qadın yazarımız Ümgülsüm Sadıqzadənin “Əsgər anasına”, “Çəkil, dəf ol”, “Bir mayıs günündə”, “Yolunu bəklərdim” şeirlərində azadlıq, müstəqillik uğrunda mübarizə əzmi güclüdür. Azərbaycan xalqına, onun yenicə qurduğu azad, müstəqil, suveren dövlətinə məhəbbət, Vətənin sabahı üçün narahatlıq, çətin anda xalqın köməyinə gələn, onu düşmən caynağından qurtarmağa çalışan türk ordusunun arxa, dayaq olmasından ürəyində qürur hissi doğan, dili bir, qanı bir türk-Azərbaycan xalqının hiss və duyğuları, bu tarixi həqiqətlərin xalqın ruhunda, yaddaşında buraxdığı dərin izlərə şahid olan qəlbin səsi duyulur.

Milli istiqlal şairi Əhməd Cavadın “Türk ordusuna”, “Şəhidlərə”, “Azərbaycan bayrağına”, “Elin bayrağı”, “İngilis”, “İstanbul”, “Bakı deyir ki” və s. şeirlərində milli azadlıq uğrunda mübarizələr tərənnüm olunur, bu yolda canını qurban verənlərə hörmət və ehtiram göstərilir. Əhməd Cavadın “Göygöl” şeirinin ideya məzmununda azadlıq göynərtisi, müstəqillik arzusu, milli istiqlal yanğısı ilə yanaşı üsyankar bir qəlbin səsi duyulur.

Türkçülük, turançılıq ideyalarına gənc yaşlarından böyük səmimi rəğbəti olan Cəfər Cabbarlı milli hərəkatın genişləndiyi ilk illərdə “Trablis müharibəsi” və “Ədirnə fəthi” pyeslərini yazdı və bu əsərlər Türkiyədə baş verən inqilabi-tarixi hadisələri, türk xalqının öz suverenliyi, ərazisini qoruyub saxlamaq uğrunda mübarizəsini əks etdirirdi. Milli hökumətin yarandığı illərdə parlamentdə stenoqraf işləyən C.Cabbarlı dramaturgiya, eləcə də lirik yaradıcılığını davam etdirir, milli dövlətçiliyi, vətənin, torpağın gözəlliyini tərənnüm edir. İlk şeirlərində - ”Azərbaycan bayrağına”, “Sevdiyim”, “Sevimli ölkəm”, “Salam” və s. şeirlərində Xalq Cümhuriyyətinin şirin dadını duyan, bu dövlətin məhəbbətini qəlbində yaşadan vətənpərvər qəlbin səsi duyulur. Bayrağımız, türkçülük, turançılıq məfkurəsi ön planda verilir. “Sevdiyim” şeirində də şair üçrəngli bayrağa, vətənə müqəddəs hisslərlə yanaşır, bu bayraqda türkçülük, turançılıq ideyalarını ümumiləşdirir.

AXC hökumətinin dəstəyi ilə xaricdə təhsil alan Əli Yusifin “Azərbaycanlıya”, “Bayraq”, “İdeal”, “Bir türk yanqısı deyir ki”, “Qarabağ xainlərinə” və s. şeirlərində xalq, millət, vətən sevgisi əsasdır.

Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Hüseyn Cavid, Əli Şövqü, Davud Ağamirzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Seyid Hüseyn, Tağı Şahbazi kimi tanınmış sənətkarlarımız Xalq Cümhuriyyətinin ideyalarını, demokratik ölkənin inkişafında görülən işlərin ümumi mənzərəsini poeziyada əks etdirirdilər.

Cəlil Məmmədquluzadə hekayələrində qadın azadlığı (“Konsulun arvadı” “Xanın təsbehi”, “Qəssab”) problemlərinə toxunur, Seyid Hüseyn “İsmailliyə” hekayəsində istiqlal və azadlıq hərəkatını qabardırdı. Tədqiqatçılar “əslində İsmailliyənin simasında” yazıçının bütün ruhu və qəlbi ilə bağlı olduğu doğma Azərbaycanın obrazını yaratdığını bildirirlər.

Cümhuriyyət dövründə Seyid Hüseyn “Yaşıl qələm” ədəbi-elmi cəmiyyəti yaratmışdı və Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Abdulla Şaiq, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyli, Əhməd Cavad, C.Cabbarlı, Salman Mümtaz, Əli Yusif və digər qələm əhli, ziyalılar bu cəmiyyət ətrafında birləşmişdi.

Ağababa Yusifzadənin “Sınan qanad” romanında millətin qayğıları, vətənin azad və abad yaşaması, qurulması ideyaları verilir. Hüseyn Cavidin “İblis” faciəsinin bu illərdə cərəyan edən hadisələrin ümumi ruhundan və mahiyyətindən qaynaqlandığı bildirilir. Cəfər Cabbarlının “Ədirnə fəthi”, “Trablis müharibəsi”, “Aydın”, C.Məmmədquluzadənin “Anamın kitabı”, “Kamança” əsərləri Cümhuriyyət dövrünün dram əsərləri kimi dəyərləndirilir.

Yusif Vəzir Çəmənzəminli əsərlərində Nəsimi, Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Qasım Bəy Zakir, Mirzə Ələkbər Sabir və başqa şairlər, sənətkarlar haqqında, onların yaradıcılığı haqqında nəzəri fikirlərini söyləyirdi.

Cümhuriyyət dövrünün araşdırıcılarından Adilxan Ziyadxanın “Azərbaycan haqqında tarixi, ədəbi və siyasi məlumat” əsəri “milli ədəbiyyat tarixinin öyrənilməsi baxımından” dəyərlidir.

Çağdaş tədqiqatçılarımız müstəqilliyimizin ilk illərindən AXC-nin ideyalarına sadiq ədəbi şəxsiyyətlərin fəaliyyətini geniş şəkildə araşdıraraq xalqa çatdırdılar. Bu cəhətdən AXC dövrü ədəbi mühitinin, mətbuatının araşdırılmasında tədqiqatçı alimlərdən Şirməmməd Hüseynovun, Abid Tahirlinin, Asif Rüstəmlinin, Vaqif Sultanlının araşdırmaları diqqəti çəkir.

Şirməmməd Hüseynov XX əsrin 20-ci illərinə qədər Azərbaycanda inkişaf edən mətbuatın inkişaf tarixini böyük səbirlə araşdırıb, Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli kimi böyük şəxsiyyətlərimizin fikir və mülahizələrini təhlil edib, üzə çıxarıb, çağdaş Azərbaycan mətbuat elminin inkişafında rolunu diqqətə çatdırıb.

Professor Asif Rüstəmli ədəbiyyat və mətbuat tariximizin mühacirət dövrünün dəyərli şəxsiyyətləri, alimləri haqqında böyük araşdırmalar aparıb. Asif Rüstəmlinin “Çırpınırdı Qara dəniz” (1992), “Səttar xanın silahdaşı” (2018), “Ədəbi istiqlalımız” (2004), “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı”, (2018), “Zirədən başlanan yol”, (2018). “Bayraməli Abbaszadə: mühiti və mücadiləsi” (2014) kimi monoqrafik tədqiqatlar çox dəyərlidir.

Tədqiqatçı alim Abid Tahirli Azərbaycan milli mətbuatının görkəmli nümayəndəsi, ictimai xadim, siyasi mühacir Ceyhun Hacıbəylinin həyat və yaradıcılığını sistemli araşdırıb, ilk dəfə onun “Hacı Kərim” povestini nəşr etdirib, mühacir dramaturq Abay Dağlının “Füzuli”, “Dədə Qorqud”, “Okullular”, “Əsir ruhlar” pyeslərini qeyd və şərhlərlə çap etdirib.

Təbii ki, AXC-nin qurucuları haqqında, o dövr ədəbi mühiti haqqında bu qısa yazımızda müəyyən qədər məlumat verdik. Bir faktı qeyd etməliyik ki, 70 il adının çəkilməsi belə yasaqlanmış Azərbaycan Xalq Cümhuriyyətinin böyük tarixi, ədəbi, mədəni irsi haqqında araşdırmalar davam etməlidir. Hələ arxivlərdə qatı açılmamış çox tarixi məqamlar var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib