Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Xalq Cümhuriyyəti siyasi tariximizin ən parlaq səhifəsidir ŞƏRH

Azərbaycan Xalq Cümhuriyyəti siyasi tariximizin ən parlaq səhifəsidir  ŞƏRH

Bakı, 26 may, AZƏRTAC

Dünyada 4 minə yaxın xalq mövcuddur ki, onlardan yalnız 200-ə qədəri müstəqil dövlət qurmağa nail olub. Bu baxımdan biz də xoşbəxt və şanslı xalqlardan biriyik. Çünki üçrəngli Bayrağımız dünya miqyasında, o cümlədən BMT kimi nüfuzlu təşkilatların qarşısında qürurla dalğalanır. Bu nailiyyətə görə biz böyük dövlətçilik ənənəsini miras qoymuş qurucu babalarımıza və onların missiyasını layiqincə davam etdirən siyasi liderlərimizə, ziyalılarımıza borcluyuq.

Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva AZƏRTAC-a müsahibəsində bildirib. O qeyd edib ki, bu gün sahib olduğumuz müstəqilliyin və qazandığımız uğurların əsasında ötən əsrin əvvəllərindəki böyük mütəfəkkirlərimizin zəhməti və mübarizəsi dayanır: “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası İstiqlal Bəyannaməsini imzalayaraq Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Bu tarixi hadisənin əhəmiyyətini heç nə ilə müqayisə etmək olmaz. Məhəmməd Əmin Rəsulzadənin də qeyd etdiyi kimi, cəmi 23 ay yaşamasına baxmayaraq, istiqlalımız insanlara azadlıq və hürriyyətin dadını göstərdi. O azadlıq ki, şirinliyi heç zaman unudulmadı. 107 il əvvəl çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı çıxaraq müsəlman Şərqində ilk demokratik dövləti quran ziyalılarımız qısa müddətdə böyük işlərə imza atdılar. Parlament yaradıldı, hökumət formalaşdı, dövlət atributları təsis olundu. Azərbaycan müstəqil dövlət kimi tanınmaq üçün diplomatik fəaliyyətə başladı. Xalq hakimiyyəti bütün vətəndaşlara bərabər hüquqlar verdi, irqi, milli, dini və sinfi ayrı-seçkilik aradan qaldırıldı. Maarif və səhiyyə sahəsində əhəmiyyətli addımlar atıldı, teatr və kitabxanalar fəaliyyətə başladı. Bakı Dövlət Universiteti təsis olundu, gənclər ali təhsil üçün xaricə göndərildi, Milli Ordu yaradıldı və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğaldan azad edildi. Təəssüf ki, bu möhtəşəm başlanğıc 1920-ci ilin aprelində bolşevik işğalı ilə dayandırıldı. Amma Azərbaycan dövlətçiliyini tarixdən silmək mümkün olmadı.

Ümummilli Lider Heydər Əliyev bu barədə çıxışlarının birində demişdi: “Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb. Bu müddətdə beş dəfə hökumət təşkil olunub. Yaranmış hər bir hökumət daxili ziddiyyətlər, çəkişmələr və şübhəsiz ki, xarici qüvvələrin təsiri ilə istefa verməyə məcbur olub. Bu səbəbdən, demokratik respublikanın dövlət və hökumət orqanları səmərəli fəaliyyət göstərə bilməyib. Lakin bütün çətinliklərə baxmayaraq, onlar öz üzərlərinə düşən tarixi missiyanı yerinə yetirmiş və Azərbaycan tarixində parlaq bir səhifə açıblar”.

Azərbaycan xalqı 70 il ərzində milli kimliyini qoruyaraq müstəqillik arzusunu yaşatdı. Mühacirətdə yaşayan ziyalılarımız xaricdə təşkilatlanaraq Azərbaycanın azadlığı uğrunda mübarizəni davam etdirdilər. 1960–1980-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə milli məfkurənin yaşaması üçün mühüm addımlar atıldı, milli dəyərlərin bərpası və qorunması istiqamətində ciddi işlər görüldü. Bu müqəddəs mübarizə nəhayət öz bəhrəsini verdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Həmin sənəddə 1918-ci il İstiqlal Bəyannaməsinə və 1991-ci ilin 30 avqustunda qəbul olunmuş Müstəqillik Bəyannaməsinə istinad edilərək, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi olduğu təsbit edildi”.

Mehriban Vəliyeva bildirib ki, 1990-cı illərin əvvəllərində ölkədə yaranmış xaos və erməni separatizmi müstəqilliyimizi ciddi təhlükə altına almışdı. Lakin xalqın çağırışı ilə Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdı və ölkədə sabitliyi bərpa etdi: “Atəşkəs əldə edildi, iqtisadi və siyasi islahatlar həyata keçirildi. Ulu Öndər AXC qurucularına dərin ehtiram göstərmiş, onların irsinə yüksək dəyər vermişdir. Türkiyəyə səfəri zamanı Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etməsi bunun bariz nümunəsidir. AXC-nin üçrəngli bayrağı da ilk dəfə məhz onun təşəbbüsü ilə Naxçıvanda rəsmi qəbul edildi. Onun təşəbbüsü ilə 1998-ci ildə Cümhuriyyətin 80 illiyi dövlət səviyyəsində qeyd olundu.

Rəsulzadə və silahdaşlarının bizə miras qoyduğu dövlətçilik ənənələri Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilib. Prezident İlham Əliyev AXC-nin siyasi irsinə daim yüksək qiymət verib. Onun təşəbbüsü ilə Bakıda İstiqlal Bəyannaməsi abidəsi ucaldılıb, AXC-nin 90 və 100 illik yubileyləri dövlət səviyyəsində qeyd olunub, 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.

Azərbaycan xalqı tarix boyu – çar Rusiyası dövründə, Cümhuriyyət və sovet illərində, eləcə də 1990-cı illərdən sonra erməni terroruna və soyqırımına məruz qalıb. Lakin Ali Baş Komandan İlham Əliyev 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı, AXC Ordusunun başa çatdıra bilmədiyi missiyanı tamamladı. Şuşada və Xankəndidə üçrəngli Bayrağımızı ucaltmaqla xalqımızın qürurunu, əzmini və dövlətçilik irsini yaşatdı.

Bu gün AXC-nin qurucularının ruhu şaddır. Biz onların ümidlərini doğrultduq, arzularını reallaşdırdıq. Onların bizə etibar etdiyi dövlətçilik ənənəsi bu gün əmin əllərdədir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sahil Babayev: Qeyri-neft gəlirləri artır, iqtisadi dayanıqlılıq möhkəmlənir

Maliyyə naziri: Büdcə proqnozlarının icrası uğurla davam edir

Sahil Babayev: Bu gün Azərbaycanın makroiqtisadi və makrofiskal sabitliyi tam qorunur

Laçında dövlətçilik ənənələrini yaşadan tədbir: Müstəqillik ruhu gələcək nəsillərə ötürülür

Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub

Ərdoğan: Türkiyə qarşıya qoyulan hədəflərə doğru qətiyyətli addımlarını davam etdirir

Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb

"Turan Tovuz"un futbolçusu dünya çempionatında iştirak edəcək

Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin müşahidə şuralarında (himayəçilik və ya direktorlar şuralarında) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin təmsilçiliyi ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bu saata olan əsas xəbərlər

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyudan

Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovadan

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçdən

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçdən

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər

Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində

Mixail Qusman: Bu gün AZƏRTAC Azərbaycanın mövqeyini, ölkəmizin səsini beynəlxalq ictimaiyyətə çatdırır VİDEO

Mixail Qusman: Bu gün AZƏRTAC Azərbaycanın mövqeyini, ölkəmizin səsini beynəlxalq ictimaiyyətə çatdırır VİDEO

Riqada Müstəqillik Günü münasibətilə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı və rəsmi qəbul keçirilib

® “Rabitəbank” Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edib

“Dream Fest”də musiqi premyeraları və “Sea Breeze”ə beynəlxalq marağın artacağı gözlənilir

® “Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə təşəbbüsü həyata keçiriblər

Nazir Məcnun Məmmədov Neftçalada “Xıllı balıq" MMC-nin fəaliyyəti ilə tanış olub

Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Türkiyənin bir sıra vilayətlərində güclü leysan yağışları daşqın və selə səbəb olub

QHT sədri: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın qlobal urbanizasiya rolunu təsdiqlədi

“Sabah” qapıçısı ilə yeni müqavilə imzalayıb

İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelindən

Müdafiə naziri: Azərbaycan dövləti regionda sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilib

Qeyri-neft sektorunun inkişafı və kənd təsərrüfatının prioritetləri - ŞƏRH

Almaniyanın strateji məhsullar üzrə Çindən asılılığı daha da artır

Baş nazir Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri arasında telefon danışığı olub

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

İyul–avqust aylarında “MDU EcoTech - Camp 2026” layihəsi reallaşacaq

Prezidentin Mətbuat Xidmətinin məlumatı

® “Avrora Qrup” Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

FHN-in strukturlarında 28 May – Müstəqillik Günü qeyd edilib

“AccessBank” qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyəcək

Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb VİDEO

Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb VİDEO

WUF13 Azərbaycanın şəhərsalma mədəniyyətini və beynəlxalq nüfuzunu dünyaya təqdim etdi ŞƏRH

Tekstil liflərinin sınaqlarına dair yeni dövlət standartları qəbul edilib

Azərbaycanda intensiv yağıntılar sürüşmə riskini artırıb

Aqrar Xidmətlər Agentliyinin sədri Balakəndə müraciətləri dinləyib, təsərrüfatlara baş çəkib

Əsrin çağırışlarını qabaqlayan Lider: Azərbaycan qlobal gündəliyi formalaşdırır VİDEO

Əsrin çağırışlarını qabaqlayan Lider: Azərbaycan qlobal gündəliyi formalaşdırır VİDEO

İğdır Universitetinin rektoruna AMEA Rəyasət Heyətinin Fəxri professoru diplomu təqdim edilib

Qarabağ Universitetində tələbə və gənclərin Beynəlxalq BMT Modeli Konfransı yekunlaşıb

İspaniyanın Kralı VI Felipedən

“QDF-in dostları” platforması çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının investisiya potensialı təqdim edilib

“Caspian Energy” jurnalının Maldiv Respublikasına həsr olunan xüsusi buraxılışı işıq üzü görüb

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edirik

Bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək

Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda!

ABŞ Dövlət katibi: TRIPP regionda sülhün təşviqi istiqamətində atılan addımdır

Qurban bayramı ilə əlaqədar heyvan satışı və kəsimi yerlərində profilaktiki tədbirlər görülüb

Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanılıb

Bakıda keçirilən WUF13 qlobal şəhərsalma gündəmində mühüm hadisəyə çevrildi ŞƏRH

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı

Fransa Respublikasının Prezidenti Emmanuel Makrondan

Dövlət mükafatçısı: Çəkilən zəhmət öz bəhrəsini verdi

Paytaxtın üç rayonunda su hövzələrində təhlükəsizliyin təmin edilməsi məsələləri nəzərdən keçirilib

İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq

Abşeron rayonunun Məmmədli kəndindəki heyvan bazarı fəaliyyətə başlayıb

Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün növbəti peşə tanınması üzrə imtahanın tarixi açıqlanıb

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

Siyasi şərhçi: WUF13 Bakıda qlobal presedent yaratdı

İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Rakadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub VİDEO

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub VİDEO

“Yüksəliş” müsabiqəsi qaliblərinin peşəkar və idarəetmə bacarıqlarının inkişaf istiqamətləri nəzərdən keçirilib

Azərbaycan Respublikasında 2026-cı ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 15 oktyabr və 2026-cı il 27 aprel tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

İsveçin hakimiyyət orqanları enerji içkilərinin gənclərin sağlamlığı üçün təhlükəli olduğu barədə xəbərdarlıq edib

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

Çinin şirkətləri Azərbaycanda tekstil istehsalına maraq göstərirlər

Kənd təsərrüfatı nazirinin müavini Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Şəffaflıqdan etimada: Audit sistemində yeni düşüncə modeli

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Azərbaycanda müasir şəhərsalma iqtisadi və rəqəmsal inkişaf baxımından strateji rol oynayır

“Sea Breeze”də çoxfunksiyalı idman infrastrukturunun inkişafı planlaşdırılır

“AzerGold”da ənənəvi qanvermə aksiyası keçirilib

On dörd il əvvəl törədilmiş qəsdən adamöldürmə cinayətinin üstü açılıb

TƏBİB hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyasını həyata keçirir

Doktoranturada SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır

“Ulduz” jurnalının yeni nömrəsində...

Məktəblərdə “Enerji səmərəliliyi aylığı” kampaniyası başa çatıb

Siyasi şərhçi: “Bakı Fəaliyyətə Çağırış” sənədi Qarabağın bərpa modelini və urbisid problemini xüsusi vurğulayır

Bayram günlərində "802 Qaynar Xətt"i vətəndaşlara vatsap üzərindən xidmət göstərəcək

Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

“Sea Breeze”də 50 min tamaşaçı tutumu olan “Dream Arena”nın tikintisi planlaşdırılır

Səyyarə İbadullayeva: 28 May milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir

“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 26-da keçirilmiş imtahanın nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

Rövzət Qasımov: Son iki ildə çap imkanları daha da genişləndirilib