Azərbaycan xalqı azadlığını qanı bahasına əldə edib
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvarda Azərbaycan xalqı azadlıq, müstəqillik yolundan dönməzliyini sübut etdi. Keçmiş imperiya ordusu xalqımızın azadlıq arzusunu boğa bilmədi.
Bunu yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətə gələn, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun böyük elmi işçisi Ədalət Mustafayev AZƏRTAC-a müsahibəsində söyləyib.
O qeyd edib ki, 20 Yanvarda Vətənin igid, mərd övladları müqəddəs şəhidlik zirvəsinə ucaldılar. Xalqımız azadlığını qanı bahasına əldə edib. Azadlıq, müstəqillik böyük nemətdir.
Ə.Mustafayev deyib: “Tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsi olan 20 Yanvar yaddaşımızdan silinməyəcək. O müdhiş gecədə şəhid olan Vətən övladlarının xatirəsi daim əziz, müqəddəs tutulacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]