Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan xalqının Prezident İlham Əliyevə inam və etimadı sonsuzdur ŞƏRH

Azərbaycan xalqının Prezident İlham Əliyevə inam və etimadı sonsuzdur  ŞƏRH

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycan xalqının Prezident İlham Əliyevə inam və etimadı sonsuzdur. Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə keçirilən ictimai rəy sorğusunun nəticələri dövlətimizin başçısının siyasi liderliyinə və strateji fəaliyyətinə xalqın dəstəyinin yüksək səviyyədə olduğunu bir daha göstərib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Deputat bildirib ki, sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87.7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimad etdiyini təsdiqləyir. Respondentlərin 93.6 faizi isə Prezidentin fəaliyyətini müsbət qiymətləndirir. Etimad və dəstəyin yüksək olduğunu təsdiq edən ən güclü indikatorlardan biri vətəndaşların seçki davranışlarıdır. Belə ki, Prezident seçkiləri növbəti bazar günü keçirilsə, rəyi soruşulanların böyük əksəriyyəti - 91,5 faizi seçkilərdə Prezident İlham Əliyevə səs verərdi.

MEDİA-nın apardığı sorğu nəticələrinin təhlili Prezidentə olan yüksək inam və etimadın dövlətimizin başçısının reputasiyası ilə bərabər, həm də dövlətin daxili sabitliyinin qorunması fonunda formalaşdığını göstərir. Bu mənada Prezident ictimai rəydə ümummilli maraqlar çərçivəsində birləşdirici, sabitlik baxımından isə alternativsiz hesab edilir - respondentlərin 81.9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul edir. Bu yanaşma sorğuda iştirak edən bütün sosial-demoqrafik qruplar üzrə müşahidə olunur və ötən dövrlərlə müqayisədə bu göstəricidə artım dinamikası qeydə alınıb.

“Prezident İlham Əliyev artıq 23 ildir ki, müstəqil Azərbaycanın dövlət idarəçiliyi sükanının arxasındadır. Təqdim olunan ictimai rəy sorğusunun nəticələrindən də göründüyü kimi, İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 2003-cü ildən bəri ötən dövrdə xalqın ona olan inamı nəinki azalmayıb, əksinə daha da artıb. Bu hal dünya miqyasında çox az rast gəlinən olsa da, təsadüfi deyil. Bu gün müstəqil Azərbaycan zirvələrdədir, xalqımız öz tarixinin ən qüdrətli dönəmini yaşayır. Ölkə nümunəvi inkişaf modelinə malikdir. Respublikamız xarici siyasətdə də ardıcıl uğurlara imza atır. Dünyada Azərbaycana böyük hörmət bəslənilir, bayrağımız ən mötəbər beynəlxalq təşkilatların önündə əzəmətlə dalğalanır, dost dövlətlərin sayı getdikcə artır. Bir sözlə, bu gün Azərbaycanın inkişafı, imkanları elə bir səviyyəyə çatıb ki, respublikamız qarşıda duran bütün məsələləri öz gücünə həll etmək iqtidarındadır. Görünən və hamı tərəfindən də etiraf olunan reallıq ondan ibarətdir ki, Azərbaycanın artan gücü bilavasitə onun Lideri İlham Əliyevlə bağlıdır. O, hər zaman öndədir, hər zaman ölkəmizin, xalqımızın milli maraqlarını qətiyyətlə qoruyur. Liderimizin uzaqgörənliyi, siyasi qətiyyəti, çevik diplomatiyası, xalqa arxalanması sayəsində müstəqilliyimizə, nailiyyətlərimizə, milli birliyimizə yönələn bütün cəhdlərin qarşısı alınıb, dövlətçiliyimiz qorunub və şübhə yoxdur ki, bundan sonra da qorunacaq. Hazırda Prezident İlham Əliyev Azərbaycanın yenilməz gücünü simvolizə edir”,-deyə S.Vəliyev vurğulayıb.

O, hazırda Azərbaycanın güclü dövlət imici qazandığını və bütün istiqamətlərdə böyük nailiyyətlər əldə etdiyini xatırladıb: “Dünya tarixindən liderlərin ölkələrin, xalqların taleyində müstəsna rol oynadıqlarına aid çoxlu sayda nümunələr gətirmək mümkündür. Bizim tariximizdə böyük siyasətçi Ulu Öndər Heydər Əliyev Azərbaycanın güclü iqtisadi, siyasi və ideoloji əsaslarını yaradan Lider kimi əbədi qalacaq. Son 23 ildə isə Azərbaycan cəmiyyəti böyük məmnuniyyətlə Prezident İlham Əliyevin liderliyini qəbul edir. Bu gün Azərbaycan ona görə güclü dövlətdir ki, onun İlham Əliyev kimi Lideri var. Dövlətimizin başçısı isə ona görə böyük Liderdir ki, Onun arxasında yenilməz güc - xalq var. Müstəqil Azərbaycanın uğurlarının təməlində dayanan əsas amil məhz Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” prinsipinə əsaslanmaqla həyata keçirdiyi siyasət dayanır.

“Bu gün ölkə daxilində aparılan çoxvektorlu siyasətdə cəmiyyətin bütün sosial təbəqələrinin mənafeyi diqqət mərkəzində saxlanılır. Heç kəs dövlət qayğısından kənarda qalmır. Eyni zamanda, ölkədə yaşayan bütün xalqların mənafeyi qorunur, onların tarixi-mədəni irsinə böyük hörmətlə yanaşılır. Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, burada milli-dini fərqlilik ayrıcı xətlər yaratmır. Bütün xalqlar tariximizdən gələn tolerantlıq ənənələrinə uyğun olaraq çiyin-çiyinə yaşayırlar və ölkənin inkişafına töhfələrini verirlər. Bütün bunlar İlham Əliyev fenomeni ilə bilavasitə bağlıdır. Prezident İlham Əliyevin fəaliyyətinin zirvəsini isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası təşkil edir.

Prezident İlham Əliyevin liderliyi ilə torpaqlarımızın işğaldan azad olunması tariximizə qızıl hərflərlə yazılıb. Hazırda Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, insanlar doğma yurdlarına qayıdırlar. Eyni zamanda, ölkəmiz sosial-iqtisadi cəhətdən davamlı olaraq inkişaf edir, əhalinin rifahı yüksəlir. Eləcə də Azərbaycanın beynəlxalq miqyasda nüfuzu gündən-günə artır. Şübhəsiz ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bundan sonra da yeni-yeni zəfərlər qazanacaq”,-deyə deputat əlavə edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Tailandda məktəbdə baş verən atışma nəticəsində iki nəfər həlak olub

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib

Macarıstan süni intellekt hazırlığı üzrə qlobal liderlər arasında yer alır

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur

“Dinamo”nun sabiq futbolçusu: “Qarabağ”ın səviyyəsi kifayət qədər yüksəkdir  - EKSKLÜZİV

Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türk dünyasında strateji əməkdaşlığın yeni mərhələsini gücləndirir -Ekspert rəyi

Astronomlar Günəşin yaxın məsafədən ən mükəmməl şəklini əldə ediblər

Münxendə aksiya iştirakçılarını avtomobillə vuran şəxs ömürlük azadlıqdan məhrum edilib

® “Birbank Star” kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin                                

Ankara regional sülhə və təhlükəsizliyə töhfə verməyə hazır olduğunu təsdiqləyib