Azərbaycan yığmasının Antalya toplanışı üçün heyəti acıqlanıb
Bakı, 14 mart, AZƏRTAC
Futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, yığmanın martın 21-dən 27-dək Antalyada keçiriləcək təlim-məşq toplanışında 25 futbolçu iştirak edəcək. Yığmanın baş məşqçisi Robert Prosineçki 2016-cı ilin ilk hazırlıq prosesinə üç qapıçı, səkkiz müdafiəçi, on iki yarımmüdafiəçi və iki hücumçu çağırıb. Ölkə xaricində oynayan üç futbolçu da toplanışa cəlb edilib. Komandaya millidə debüt etməyən Murad Səttarlı da dəvət alıb.
Millinin heyətinə qapıçılar - Kamran Ağayev (“İnter”), Aqil Məmmədov (“Neftçi”), Səlahət Ağayev (“Sumqayıt”), müdafiəçilər - Tərlan Quliyev (“Kəpəz”), Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov (hamısı “Qarabağ”), Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Pavel Paşayev, Ruslan Abışov (hamısı “Qəbələ”), yarımmüdafiəçilər - Cavid Tağıyev, Qara Qarayev, Əfran İsmayılov (hamısı “Qarabağ”), Rəşad Eyyubov (“Qəbələ”), Elvin Məmmədov (“Zirə”), Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Rəhman Hacıyev, Araz Abdullayev (“Neftçi”), Eddi İsrafilov (“Kordoba”, İspaniya), Murad Səttarlı (AZAL), Tugrul Erat (“Fortuna”, Dusseldorf, Almaniya), Namiq Ələsgərov (“Kəpəz”), hücumçular - Ağabala Ramazanov (“Sumqayıt”) və Ruslan Qurbanov (“Neftçi”) dəvət olunub.
Qeyd edək ki, komandamız toplanış çərçivəsində martın 26-da Qazaxıstan yığması ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.