AZƏRBAYCANA 2,2 MİLYON AVRO AYRILACAQDIR
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının SCAD milli əlaqələndiricisi Məzahir Əfəndiyev AZƏRTAC-a bildirmişdir ki, aprel ayından etibarən Avropa İttifaqı 2004-2006-cı illər üçün Azərbaycana 2,2 milyon avro vəsait ayıracaqdır. Bu vəsaitin 200 min avrosu Dövlət Gömrük Komitəsi üçün nəzərdə tutulmuşdur. Çünki aprel ayından etibarən DGK-nın müəyyən etdiyi hava limanlarında narkotiklərlə mübarizənin təşkili üçün xüsusi qurğu yaradılacaqdır.