Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycançılığa böyük töhfə

Azərbaycançılığa böyük töhfə

Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” əsəri azərbaycançılıq sahəsində aparılacaq araşdırmalar üçün zəngin elmi-metodoloji mənbədir

Bakı, 26 yanvar, AZƏRTAC

Xəbər verdiyimiz kimi, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müəllifi olduğu “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı keçirilib.

Akademiyanın professor-müəllim heyətinin və tələbələrinin iştirak etdiyi tədbirdə əsərin hər bir azərbaycanlı üçün böyük əhəmiyyət daşıdığı xüsusi vurğulanıb, onun ayrı-ayrı aspektləri milli ideya, sosial, siyasi, fəlsəfi və hüquqi kontekstdə geniş elmi təhlil olunub.

AZƏRTAC “Yeni dünya nizamı və milli ideya” kitabı ilə bağlı Dövlət İdarəçilik Akademiyası nəzdindəki “Azərbaycanşünaslıq” Elmi-Araşdırmalar Mərkəzinin sədri, akademiyanın humanitar və sosial məsələlər üzrə prorektoru dosent Mehdi Abdullayevin mülahizələrini təqdim edir.

X X X

Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” əsəri Dövlət İdarəçilik Akademiyası nəzdindəki “Azərbaycanşünaslıq” Elmi-Araşdırmalar Mərkəzi üçün də mühüm əhəmiyyətə malikdir. Əsərin müəllifi qeyd edir ki, xalqların yox olmasının və ya ümumdünya proseslərində əhəmiyyətini itirməsinin əsas səbəblərindən biri milli strateji fəaliyyət proqramının, dövlətin və millətin mövcudluğunun mənası, inkişafın məqsəd və prioritetləri kimi çıxış edən milli ideyanın olmamasıdır.

“Yeni dünya nizamı və milli ideya” əsərinin əhəmiyyətini xüsusilə iki aspektdən dəyərləndirmək olar. Əsər bir tərəfdən milli ideyamız olan azərbaycançılığın doktrinal əsasını təşkil edir, digər tərəfdən isə azərbaycançılıq ideyasının müəllifi, ümummilli liderimiz Heydər Əliyevin sovet dönəmindən başlanmış fəaliyyətində geniş şəkildə təzahür etməsini və uğurla həyata keçməsini əyani şəkildə oxucuya çatdırır. Azərbaycançılıq ölkəmizdə yaşayan bütün etnik qrupların və xalqların ümumdövlət mənafeləri əsasında real surətdə birləşdirilməsi ideyası kimi başa düşülür. Azərbaycançılığın mahiyyəti eyni coğrafi və mənəvi ərazidə yaşayan müxtəlif xalqların, müxtəlif mədəniyyətlərin, ənənələrin vəhdətidir.

Sadə olduğu qədər də mürəkkəb olan milli ideyamız nəzəri baxımdan neokonservatizmə bağlı olsa da, digər ideologiyaların (məsələn, neoliberalizmin) mütərəqqi cəhətlərini də özündə ehtiva edir. Akademik Ramiz Mehdiyevin haqlı olaraq qeyd etdiyi kimi, “Azərbaycanda mühafizəkar-liberal sistem tamamilə tarazlaşdırılmışdır. O, bir tərəfdən güclü dövlət hakimiyyətini və hüquq qaydasını, digər tərəfdən isə iqtisadi fəaliyyət sərbəstliyini dəstəkləyir. Bu sistemdə dövlətpərəst meyillərin və dövlət təməllərinin, milli və universal elementlərin müştərək mövcudluğuna nail olunmuşdur”.

Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiyasına söykənən, Azərbaycanın dövlət müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. Bu dəyərlər sisteminin formalaşması əsrlər boyu davam edib. Təəssüflə qeyd etmək lazımdır ki, müəyyən dövrlərdə bu dəyərlər sisteminin unutdurulmasına əsassız səylər göstərilib. Zamanın tələbinə uyğun olaraq, müasir Azərbaycanın memarı, ulu öndər Heydər Əliyev bu məfkurəni gündəmə gətirib, formalaşdırıb və ölkənin aparıcı siyasi xəttinə çevirib. Milli ideologiyanın əsasını təşkil edən bu siyasət varislik xətti ilə müasir dövrdə də davam etdirilir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən real olaraq həyata keçirilir.

Azərbaycanda əsrlər boyu milli identiklik ümmət identikliyi tərəfindən üstələnmiş və milli kimlik daha çox dini mənsubiyyət anlayışı kimi qavranılıb. XX əsrin əvvəllərində yaşanan milli oyanış dövründə bu məsələyə xüsusi diqqət yetirilib və milli identikliyin müəyyən olunması istiqamətində ciddi müzakirələr gedib. Dini identiklikdən milli identikliyə keçmənin vacibliyini vaxtilə Üzeyir Hacıbəyli “Dil” adlı məqaləsində açıq şəkildə göstərirdi. Üzeyir bəy sadə bir azərbaycanlının öz kimliyini dini kimlik olaraq qəbul etməsini təəssüf hissi ilə qeyd edirdi.

Hazırda isə qanun qarşısında bərabərlik, ərazi, dövlət kimi təməllər üzərində qurulmuş milli ideyamız hər bir azərbaycanlının milli özünüdərkində, milli kimliyini anlamasında nəzəri əsas rolunu oynamaqdadır. Bu nəzəri əsasa yiyələnməkdə haqqında söhbət gedən kitab güclü nəzəri-metodoloji baza kimi özünü göstərir.

Milli ideyaya verilən önəmin bariz nümunələrindən biri kimi “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilmiş aşağıdakı normalara diqqət yetirək: “Elm haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən, azərbaycançılıq ideologiyasının elmi-nəzəri əsaslarının tədqiqi elm sahəsində dövlət siyasətinin əsas prioritetləri sırasına aid edilib. Təqdirəlayiq hal kimi qeyd etmək olar ki, həmin qanunun 32.1.2-ci maddəsində azərbaycançılıq ideyalarını təbliğ etmək, milli-mənəvi və ümumbəşəri dəyərləri, milli ənənələri dəstəkləmək və inkişaf etdirmək elmi işçilərin vəzifələri sırasında yer tutub.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsində “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək” kimi müddəalar təhsilin əsas məqsədlərindən biri kimi ehtiva edilib. Həmin qanunun 33.3.3-cü maddəsi ilə təhsil alanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq təhsil verənlərin vəzifələrindən biri kimi müəyyən olunub. Qanunun 34.2.2-ci maddəsi ilə övladlarını (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsindəki vəzifələrindən biri kimi təsbit edilib.

Bu gün tam qətiyyətlə deyə bilərik ki, qüdrətli liderimiz Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət öz kökündəki doktrinal və hüquqi əsaslarla milli ideyamız olan azərbaycançılıqla bağlıdır, ondan qidalanır və həmin ideyanın nə dərəcədə praktik əhəmiyyətə malik olduğunu bütün dünyaya əyani şəkildə göstərir.

Akademik Ramiz Mehdiyev “Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi” adlı əsərində azərbaycançılığı Azərbaycanı sivilizasiyalı dövlətlər sırasına çıxaracaq yol, xalqımızın böyük əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvət kimi xarakterizə edib. Fikrimizcə, azərbaycançılığın əhəmiyyətini bundan dəqiq ifadə etmək mümkün deyil.

Təməlində ümumbəşəri ideyaların dayandığı azərbaycançılıq Azərbaycan xalqının digər dünya xalqlarından üstünlüyü (primatı) üzərində qurulmayıb. Azərbaycan xalqı missiyasını işğalçılıqda, ekspansiyada deyil, öz tarixi, milli, mənəvi dəyərləri ilə bəşər ailəsinin tamhüquqlu, suveren və müstəqil üzvü olmaqda görür. Müqayisə üçün bədnam qonşularımızın “milli ideyası” olan, elə təkcə adından şovinizm yağan “Böyük Ermənistan” ideyasını göstərək.

Ekzistensializmin banilərindən biri olan məşhur filosof Alber Kamyunun “Alman dostuma məktub” əsərindən belə bir fikri xatırlatmaq yerinə düşər. Kamyu burada müharibə vəziyyətində olan alman və fransız xalqlarının vətənə olan sevgilərini müqayisə edərək yazır: “Sözlər vadar etdikləri fəaliyyətin (hərəkətin) rəngini alır və əgər sizdə “Vətən” sözü al qırmızı, qan rənginə boyanıbsa, bizim üçün o söz ağlın, idrakın işığı ilə aydınlanmışdır”. Fəxrlə deyə bilərik ki, bizim də milli ideyamız ağlın, zəkanın işığı ilə aydınlanıb, dərin siyasi-fəlsəfi əsasları var və ən başlıcası əməli fəaliyyətdə öz təsdiqini tapıb.

Bu ideologiyanın digər bir müsbət və örnək cəhəti ondan ibarətdir ki, o, bütün dünyada məskunlaşmış əlli milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrətindədir. Ümummilli lider Heydər Əliyev 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayındakı proqram xarakterli nitqində bu barədə danışarkən deyib: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik”. Bu fikirlər dünyada yaşayan hər bir azərbaycanlı üçün istiqamətverici əhəmiyyətə malikdir.

Haqqında danışdığımız əsər, göründüyü kimi, həm praktik, həm də nəzəri əhəmiyyətə malikdir. Bir daha qeyd etmək lazımdır ki, milli kimlik və identiklik kimi vacib məsələlərin dərk edilməsində mühüm mənbə olan bu əsər azərbaycançılıq sahəsində aparılacaq gələcək araşdırmalar üçün elmi-metodoloji əsas rolunu oynayacaq.

Fikrimizcə, bu əsər, eyni zamanda, Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağın işğaldan azad edilməsi uğrunda apardığı haqlı mübarizəsində zehni silah rolunu oynayaraq, ümumi məqsədimizin reallaşmasında öz elmi-intellektual köməyini göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası da azərbaycançılığın tədqiq olunması məsələsinə daim diqqət yetirib, akademiyanın müxtəlif kafedra və laboratoriyalarında bu sahədə tədqiqatlar və araşdırmalar aparılıb. Bu məsələyə olan diqqətin bariz nümunəsi kimi qeyd etmək yerinə düşər ki, bu gün akademiyada azərbaycançılıq məfkurəsini özündə ehtiva edən, əsas məqsədi Azərbaycanın dövlət idarəçiliyinin, tarixinin, dilinin, mədəniyyətinin, daxili və xarici siyasətinin öyrənilməsi olan bir mərkəz - “Azərbaycanşünaslıq” Elmi-Araşdırmalar Mərkəzi yaradılıb. Azərbaycan siyasətinin vacib elmi-nəzəri istiqamətlərinə həsr olunmuş əsərlərin öyrənilməsini əsas kimi götürən bu mərkəz təbii ki, öz fəaliyyətinə dövlət ideologiyamızın köklü tədqiqinə həsr edilmiş bir əsərdən - “Yeni dünya nizamı və milli ideya”dan başlamalı idi. İnanırıq ki, akademik Ramiz Mehdiyevin əsərlərini və bu qəbildən olan araşdırmaları rəhbər tutan mərkəz azərbaycançılığın tədqiqi işinə öz layiqli töhfəsini verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir

Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq

ÇXR Sədrinin xüsusi nümayəndəsi AQEM-in Zirvə toplantısı üçün Azərbaycana səfər edəcək

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək

Alparslan Bayraktar: Enerji təhlükəsizliyi Türkiyənin gündəmində prioritetdir

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir ŞƏRH

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir

Bakı Mühəndislik Universiteti və “Xsolla Baku” IT sahəsində əməkdaşlıq edəcək

Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar

Artritin diaqnostikası və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

“Mənim atam qəhrəmandır” – BDU-da şəhid övladları ilə görüş

Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir

Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı üzrə 55 ölkədən 100 nəfər seçilib

Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir

Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinə həsr olunan yeni tədqiqat kitabı işıq üzü görüb

2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol”un təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl inteqrasiyası Avropanın enerji xəritəsini dəyişir - ŞƏRH

Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub

Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şərqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO